«Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında»
Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikasında xarici ticarətin daha
da liberallaşdırılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli
Fərmanını "Mədəniyyət haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli
Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
"Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 2 nömrəli əlavəsinin "İxrac" bölməsinə aşağıdakı məzmunda abzas əlavə edilsin:
"Sərgi,
qastrol səfərləri, təqdimat, beynəlxalq mədəniyyət
tədbirləri və bərpa işləri ilə əlaqədar,
Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının
Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər
- Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 sentyabr 2013-cü il
Azərbaycan.-2013.- 29 sentyabr.- S.1.