Fövqəladə hallar
naziri Ağdamda vətəndaşları
qəbul etmişdir
Sentyabrın 27-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov nazirliyin Ağdam rayonundakı Qarabağ Regional Mərkəzində Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan, Tərtər və Xocavənd rayonları sakinlərinin qəbulunu keçirmişdir.
Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir Kəmaləddin Heydərov tərəfindən qəbul edilən 47 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Bundan
əlavə, kadr məsələləri ilə bağlı
120, digər məsələlərlə bağlı
müraciət etmiş 82 vətəndaş nazirliyin
müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən
qəbul olunmuşdur.
Azərbaycan.-2013.- 28 sentyabr.- S.2.