Azərbaycan Respublikası Prezidenti seçkilərində Müstəqil Dövlətlər Birliyindən olan Müşahidəçilər Missiyası Aralıq Hesabat (10-25 sentyabr 2013-cü il) dərc etmişdir

 

Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlığın gedişini və seçkilərin keçirilməsini müşahidə edən Müstəqil Dövlətlər Birliyindən olan Müşahidəçilər Missiyasından Aralıq Hesabat (10-25 sentyabr 2013-cü il) AzərTAc-a daxil olmuşdur. Sənəddə deyilir:

"Müstəqil Dövlətlər Birliyindən olan Müşahidəçilər Missiyası (sonrakı mətndə - Missiya) Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinə (sonrakı mətndə - seçkilər) hazırlığın və seçkilərin keçirilməsinin monitorinqini həyata keçirir.

Müstəqil Dövlətlər Birliyində formalaşmış prosedura uyğun olaraq, Birlik iştirakçısı olan dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurası Missiyanın rəhbəri kimi MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib S.N.Lebedevin namizədliyinə razılıq vermişdir.

Missiya seçki kampaniyasının monitorinqinə 2013-cü il 10 sentyabrda başlamışdır. İyirmi müşahidəçi öz funksiyalarını uzunmüddətli əsasda həyata keçirir.

2013-cü il 25 sentyabr üçün olan vəziyyətə görə Missiyanın tərkibində Belarus Respublikasını, Qazaxıstan Respublikasını, Qırğız Respublikasını, Moldova Respublikasını, Rusiya Federasiyasını, Tacikistan Respublikasını, Özbəkistan Respublikasını, Ukraynanı, MDB-nin iştirakçıları olan dövlətlərin Parlamentlərarası Assambleyasını, Belarus-Rusiya İttifaqının Parlament Məclisini, habelə MDB İcraiyyə Komitəsini təmsil edən 200-dən çox müşahidəçi akkreditə edilmişdir.

Missiyanın formalaşması davam edir.

Missiyanın fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qurulur, seçkilərin təşkili və keçirilməsi, seçki prosesinin gedişinə, dövlətin daxili işlərinə qarışmamaq sahəsində beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə və normalarına əsaslanır. Missiyanın vəzifəsi azaddemokratik seçkilər keçirilməsinə kömək etməkdir.

Missiya açıq və aşkar işləyir: müşahidənin gedişi haqqında məlumatlar hazırlanmış, kütləvi informasiya vasitələrinin nümayəndələrinə, o cümlədən respublikanın regionlarında, müsahibələr verilmişdir. Missiyanın fəaliyyəti mətbuatda, televiziyaradio verilişlərində işıqlandırılır.

Missiyanın və onun Qərargahının rəhbərliyi seçki kampaniyasının gedişini Konstitusiya Məhkəməsinin sədri F.Abdullayev, baş nazirin müavini Ə.Həsənov, daxili işlər naziri R.Usubov, Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovla, Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə müzakirə etmişlər. Görüşlərdə Missiyanın rəhbərliyinə məlumat verilmişdir ki, respublikada ədalətli və açıq seçkilər keçirilməsi üçün zəruri şərait yaradılmışdır.

ATƏT-in Demokratik İnstitutlarİnsan Hüquqları Bürosu Missiyasının rəhbəri T.de Zulueta ilə görüşdə seçkiqabağı vəziyyət müzakirə edilmiş, MDB-nin və ATƏT-in Demokratik İnstitutlarİnsan Hüquqları Bürosunun müşahidə missiyalarının rəhbərləri arasında işgüzar əlaqələr saxlanması və habelə səsvermə günündə - 2013-cü il 9 oktyabrda onların görüşü barədə razılıq əldə edilmişdir.

Seçkilər Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə (sonrakı mətndə - Məcəllə) uyğun olaraq keçirilir.

Missiyanın Qərargahı Demokratiyanın, Parlamentarizmin İnkişafının və MDB Parlamentlərarası Assambleyasının İştirakçısı olan Dövlətlərin Vətəndaşlarının Seçki Hüquqlarına Riayət Edilməsinin Monitorinqi üzrə Beynəlxalq İnstitutun ekspertləri ilə birlikdə Azərbaycan Respublikasının seçki qanunvericiliyini təhlil etmişdir.

Məcəllənin 44-cü maddəsinə uyğun olaraq, Missiya Azərbaycan Respublikasının seçki qanunvericiliyi haqqında öz rəyini səsvermə günündən sonra yekun sənədində şərh edəcəkdir.

Seçkilərin keçirilməsini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK), 125 dairə seçki komissiyası və 5300-dən çox məntəqə seçki komissiyası təmin edir.

MSK Milli Məclis tərəfindən seçilən 18 nəfərdən ibarətdir: 6 üzv Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, 6 üzv parlamentdə azlıq təşkil edən siyasi partiyaları, qalan 6 üzv Milli Məclisdə müstəqil deputatları təmsil edirlər.

Hər biri 9 üzvdən ibarət dairə seçki komissiyaları (DSK) Mərkəzi Seçki Komissiyası tərəfindən formalaşır.

Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi Mərkəzi Seçki Komissiyasında deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı təmsil edən MSK üzvləri tərəfindən təqdim edilir, 3 üzvün namizədliyi Mərkəzi Seçki Komissiyasında deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyanı təmsil edən MSK üzvləri tərəfindən təqdim edilir, 3 üzvün namizədliyi Mərkəzi Seçki Komissiyasında Milli Məclisdə müstəqil deputatları təmsil edən MSK üzvləri tərəfindən təqdim edilir.

Məntəqə seçki komissiyaları (MNSK) 6 nəfərdən ibarət olmaqla müvafiq DSK-lar tərəfindən formalaşdırılır.

Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi dairə seçki komissiyasında deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı təmsil edən DSK üzvləri tərəfindən təqdim olunur,

2 üzvün namizədliyi dairə seçki komissiyasında deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyanı təmsil edən DSK üzvləri tərəfindən təqdim edilir, 2 üzvün namizədliyi dairə seçki komissiyasında Milli Məclisdə müstəqil deputatları təmsil edən DSK üzvləri tərəfindən təqdim olunur. Bu halda məntəqə seçki komissiyasının ən çoxu 2 üzvü bələdiyyə xidmətində çalışa bilər.

Dairə və məntəqə seçki komissiyaları daimi fəaliyyətdə olan dövlət orqanlarıdır və onlar 2011-ci ildə beş il müddətinə yaradılmışdır.

MSK-nın iclasları haqqında qabaqcadan məlumat verilir. Bu iclaslar beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilir və kütləvi informasiya vasitələrində işıqlandırılır.

Mərkəzi Seçki Komissiyasının iclaslarında iştirak etmiş Missiya nümayəndələri MSK-nın işində açıqlıq və aşkarlıq, onun səlahiyyətlərinə aid məsələlərin müzakirəsində və həllində kollegiallıq olmasını qeyd edirlər.

Məcəlləyə uyğun olaraq, prezidentliyə namizədlərə özünün bir nümayəndəsini məşvərətçi səs hüququ ilə MSK-ya nümayəndə göndərmək hüququ verilmişdir. Prezidentliyə namizədlərdən altı nəfəri bu hüquqdan istifadə etmişdir. Prezidentliyə namizədlər özlərinin nümayəndələrini məşvərətçi səs hüququ ilə dairə və məntəqə seçki komissiyalarına da təyin edə bilərlər.

MSK-nın internet saytı səmərəli işləyir, burada seçki kampaniyasına aid məlumatlar əldə etmək olar.

Kodeksin normalarının eyni şəkildə tətbiqini təmin etmək məqsədi ilə dairə və məntəqə seçki komissiyalarına kömək üçün MSK tərəfindən metodik izahatlar hazırlanmışdır.

Dairə seçki komissiyalarının sədrləri ilə seçkilərin təşkili və keçirilməsi məsələləri üzrə bir həftəlik kurslar keçirilmişdir.

Məntəqə seçki komissiyalarının üzvlərinin peşəkarlığını artırmaq məqsədi ilə dairə seçki komissiyaları məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirirlər.

Uzunmüddətli müşahidəçilər qeyd edirlər ki, treninqlər keçirilərkən məntəqə seçki komissiyalarının üzvləri üçün Məcəllənin tələblərinin həyata keçirilməsinə, seçki prosesinin demokratikliyinintransparentliyinin, səslərin hesablanmasının açıqlığının və şəffaflığının təmin edilməsi üzrə praktiki tövsiyələr hazırlanır.

Vətəndaşların seçki prosesinə etimad səviyyəsinin artırılması, səsvermə və səslərin hesablanması prosedurunun maksimum açıq və aşkar olması üçün, habelə pozuntu və saxtalaşdırma hallarının qarşısını almaq məqsədi ilə səsvermə otaqlarında 1000 veb-kamera quraşdırılmışdır. Bu, əvvəlki prezident seçkilərində olduğundan iki dəfə çoxdur.

Uzunmüddətli müşahidəçilər seçki kampaniyasının monitorinqi çərçivəsində Naxçıvan Muxtar Respublikasındakı

7 dairə seçki komissiyasının hər birində və bir sıra məntəqə seçki komissiyalarında, habelə Bakı, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Astara, Lerik, Xaçmaz və Şəmkir rayonlarının dairə və məntəqə seçki komissiyalarında olmuşlar.

Müşahidəçilər qeyd edirlər ki, dairə və məntəqə seçki komissiyalarının rəhbərliyi və üzvləri ünsiyyət üçün açıqdırlar, onlar keçirilən seçkiqabağı tədbirlər haqqında zəruri informasiyanı təqdim edirlər.

Müşahidəçilər yəqin etmişlər ki, seçki məntəqələrinin seçkilər haqqında qanunvericilik aktları ilə, zəruri metodik tövsiyələr, təlimatlar, informasiya materialları ilə, habelə müvafiq avadanlıqla, o cümlədən şəffaf səsvermə qutuları və texnika ilə təmin edilməsi üzrə iş başa çatdırılmışdır. Fiziki imkanları məhdud olan şəxslərin səsvermədə iştirakını təmin etmək üçün zəruri hallarda səsvermə günü panduslar quraşdırılacaqdır.

Missiyanın nümayəndələri məntəqə seçki komissiyalarına baş çəkərkən həmin komissiyaların seçici siyahılarının dəqiqləşdirilməsi üzrə işi ilə tanış olmuşlar.

Azərbaycan Respublikasının dairə və məntəqə seçki komissiyalarına səfərlər davam edir.

Müşahidəçilər qeyd edirlər ki, ölkədə vətəndaşların qarşıdakı seçkilər haqqında məlumatlandırılması üzrə fəal aparılır.

Bu məqsədlə həm kütləvi informasiya vasitələrindən, həm də seçiciləri 2013-cü il oktyabrın 9-da seçkilərə gəlməyə çağıran poliqrafiya məhsulları şəklində əyani təşviqatdan geniş istifadə edilir.

Qarşıdakı seçkilərdə gənclərin seçki prosesinə cəlb edilməsi üçün MSK-nın dəstəyi ilə "Mən səs verirəm" layihəsinin təqdimatı keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, builki seçkilərdə 500 minə yaxın gənc seçki hüququndan ilk dəfə istifadə edəcəkdir.

Dairə və məntəqə seçki komissiyalarının ünvanları və telefonları, habelə seçki məntəqələrinin sərhədləri və səsvermə binalarının ünvanları yerli kütləvi informasiya vasitələrində dərc edilmişdir.

Məcəlləyə əsasən, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə namizədlər irəli sürmək hüququ siyasi partiyalara, siyasi partiyaların bloklarına,  habelə səsvermə hüququna malik olan vətəndaşlara məxsusdur.

MSK-ya Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsi arzusu bildirilən 22 ərizə daxil olmuşdur.

Bir iddiaçının ikili vətəndaşlığı olduğuna görə MSK onun sənədlərini qəbul etməkdən imtina etmişdir, çünki bu, Azərbaycan Respublikasının Konstitusiyasının 100-cü maddəsinə ziddir. Yeddi iddiaçı Məcəllədə müəyyən edilmiş qaydada onu dəstəkləyən 40 min seçici imzası toplaya bilməmişdir. Dörd namizəd tərəfindən təqdim edilmiş imzalar Mərkəzi Seçki Komissiyasında müvafiq yoxlamadan sonra bu imzaların sayı da qanunvericiliyə görə tələb ediləndən az olmuşdur. Qalan on iddiaçı MSK tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədlər kimi qeydə alınmışdır.

Ali dövlət vəzifəsinə bu sayda namizədin seçki kampaniyasında iştirakı, MDB-dən olan müşahidəçilərin fikrincə, ölkədə siyasi plüralizm olmasına dəlalət edir, səsvermə günü seçicilərin real seçim imkanına malik olacağını göstərir.

Qeydə alınmasına Mərkəzi Seçki Komissiyası tərəfindən rədd cavabı verilmiş dörd namizəd Bakı Apelyasiya Məhkəməsinə şikayətlərlə müraciət etmişdir.

Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin təşviqat kampaniyası sentyabrın 16-da başlanmışdır və 2013-cü il oktyabrın 8-də saat 8.00-a qədər davam edəcəkdir. Prezidentliyə namizədlərin seçkiqabağı təşviqat aparmaları üçün onlara bərabər şərait yaradılmışdır.

Mərkəzi Seçki Komissiyasının qərarı ilə Prezidentliyə namizədlərin xeyrinə pulsuz seçkiqabağı təşviqat aparılacaq kütləvi informasiya vasitələrinin siyahısı müəyyən edilmişdir. Bunlar: İctimai TeleviziyaRadio Yayımları Şirkəti, habelə "Azərbaycan", "Xalq qəzeti", "Respublika" və "Bakinski raboçi" qəzetləridir.

Prezidentliyə namizədlərə İctimai TeleviziyaRadio Yayımları Şirkəti tərəfindən verilmiş pulsuz efir vaxtının bölüşdürülməsi məqsədi ilə MSK-da püşkatma aparılmışdır. Çıxışlar üçün həftədə üç dəfə: televiziya ilə saat 19.00-dan 20.00-dək, radio ilə saat 21.00-dan 22.00-dək vaxt ayrılmışdır.

Bundan əlavə, Prezidentliyə namizədlər öz seçki fondlarının vəsaitləri hesabına kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat üçün efir vaxtı və çap sahəsi ala bilərlər.

Missiyanın Qərargahı Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin seçkiqabağı kampaniyasının KİV-də işıqlandırılmasının monitorinqini aparır.

Yerli icra orqanları və sərəncamverici orqanlar DSK ilə razılaşdırmaqla namizədlərin və onların müvəkkil etdiyi şəxslərin təşviqat kampaniyası dövründə kütləvi tədbirlər keçirə biləcəyi yerləri müəyyən etmişlər. Təşviqat işi, seçicilərlə görüşlər aparılması üçün yerlərin sayı artırılmışdır. Bu məqsədlər üçün açıq meydançalar, saraylar və mədəniyyət evləri müəyyən edilmişdir. Şəhərlərdə və digər yaşayış məntəqələrində Prezidentliyə namizədlərin təşviqat məhsullarının yerləşdirilə biləcəyi informasiya stendləri düzəldilmişdir.

Eyni zamanda, prezidentliyə namizədlərdən ikisi teledebatları qeyri-korrekt apardıqlarına görə Mərkəzi Seçki Komissiyası onlara ciddi xəbərdarlıq etmişdir.

Missiyanın Qərargahı seçki kampaniyasının monitorinqi çərçivəsində seçki kampaniyasının gedişində pozuntularla əlaqədar şikayətlərə və ərizələrə baxmaq səlahiyyətlərinə malik olan respublika orqanları ilə qarşılıqlı fəaliyyət göstərir. Bu məqsədlə Azərbaycan Respublikası Ali Məhkəməsinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə məktublar göndərilərək seçki prosesi iştirakçılarının həmin orqanlara daxil olmuş müraciətləri və onlara baxılmasının nəticələri barədə informasiya təqdim etmələri xahiş olunmuşdur.

MDB-dən olan müşahidəçilərin fikrincə, seçkilərin monitorinqində milli müşahidəçilərin iştirak etməsi seçkilərin gedişinə vətəndaş nəzarətini gücləndirməyə, seçkilərin şəffaflığını təmin etməyə imkan verəcəkdir. İndiyə qədər müxtəlif siyasi partiyaları təmsil edən 25000-dən çox müşahidəçi dairə seçki komissiyaları tərəfindən akkreditə edilmişdir.

Birlikdən olan müşahidəçilər qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri kampaniyası Məcəlləyə uyğunsakit şəraitdə keçir.

Missiya seçki kampaniyası monitorinqinə dair qəti qənaətini və monitorinqin nəticələrinin qiymətlərini seçkilər keçirildikdən sonra şərh edəcəkdir.

MDB-dən olan müşahidəçilər Missiyasının qərargahı".

 

 

AzərTAc

Azərbaycan.-2013.- 28 sentyabr.- S.3.