2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslərin namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənlinin vəkil edilmiş şəxsləri kimi qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 32/188

 

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənli vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 72 və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Cəmil Poladxan oğlu Həsənlinin vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

 

- Musa Səfilməmməd oğlu Yaqubov

- Mehriban Əli qızı Vəzir

- Sülhəddin Bayram oğlu Əkbər

- Ədalət Şərif oğlu Tahirzadə

- Sahib Fərman oğlu Kərimli

- Vaqif Bayram oğlu Pənahov

- Felmar Əli oğlu Ələkbərov

- Vidadi Mircəlil oğlu Mirkamal

- Rəşid Ramazan oğlu Hacılı

- Cəmil Malik oğlu Hacızadə

- Mirmahmud Mirəli oğlu Fəttayev

- Hacıbaba Sadıq oğlu Əzimov

- Bəybala Əlibala oğlu Əbil

 

 2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

27.09.13

Azərbaycan.-2013.- 28 sentyabr.- S.5.