2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
qeydə alınmış namizəd Cəmil Həsənlinin
səlahiyyətli nümayəndəsi Gülağa
Aslanlının 27 sentyabr 2013-cü il tarixli 10 saylı
müraciətinə baxılması barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 32/189
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 2013-cü il sentyabrın 27-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək 1-31 avqust 2013-cü il tarixlərində respublikada fəaliyyət göstərən dövlət və özəl telekanallarının monitorinqinin keçirilməsi zamanı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinin pozulduğunu bildirib müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmini prinsipi əsas götürülərək, ərizəçinin müraciəti Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmışdır.
Araşdırma nəticəsində müəyyən edilmişdir ki, müraciət müddət ötürülməsi ilə verilmişdir. Belə ki, Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
Göstərilənlərə əsasən müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinin pozulması ilə göndərildiyindən müraciət edən şəxsə geri qaytarılmalıdır.
Yuxarıda
göstərilənləri əsas götürərək, Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat"ın
1, 2, 4, 6 və 7-ci bəndlərinə əsasən qərara alır:
1.
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində qeydə
alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli
nümayəndəsi Gülağa Aslanlının 27 sentyabr
2013-cü il tarixli 10 saylı müraciəti Azərbaycan
Respublikası Seçki Məcəlləsində nəzərdə
tutulmuş şikayətvermə müddətinin
ötürülməsi ilə daxil olduğundan ərizəçiyə
geri qaytarılsın.
2. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
27.09.13
Azərbaycan.-2013.- 28 sentyabr.- S.5.