Cin Xalq
Respublikasının milli bayramı şərəfinə
Sentyabrın 27-də Çinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Çin Xalq Respublikası yaradılmasının 64-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfirliyin müvəqqəti işlər vəkili Jiao Huaixin qonaqları salamlamışdır. Çinin inkişaf yolundan danışan diplomat ölkəsinin iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olduğunu vurğulamışdır. Diplomat əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.
Qəbulda çıxış edən sənaye və energetika naziri Natiq Əliyev Azərbaycan hökuməti adından mərasim iştirakçılarını təbrik etmiş, Çin Xalq Respublikasına daha böyük uğurlar arzulamışdır.
Nazir
bildirmişdir ki, Azərbaycan və Çin beynəlxalq təşkilatlarda
daim bir-birini dəstəkləmişlər. Qədim
tarixə malik Azərbaycan-Çin əlaqələrinin
inkişafında yeni səhifənin
açıldığını vurğulayan
nazir hökumətlərarası
komissiyanın fəaliyyət göstərdiyini, çoxlu sayda sazişin imzalandığını diqqətə
çatdırmışdır.
Tədbirdə
dövlət və hökumət rəsmiləri, Milli Məclisin
deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə
olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.-2013.- 28 sentyabr.- S.6.