BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında «Azərbaycan-tolerantlıq

 məkanı» mövzusunda sərgi açılmışdır

 

Sentyabrın 27-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan-tolerantlıq məkanı" mövzusunda fotosərginin açılış mərasimi olmuşdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  AzərTAc-a bildirmişlər ki, bir həftə davam edəcək fotosərgidə Heydər Əliyev Fondunun "Azərbaycan - tolerantlıq ünvanı" layihəsi çərçivəsində ölkəmizə dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənəcək.

Sərginin açılışı və BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun ali səviyyəli iclası münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxış edən BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser bu il Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gedişində bir daha ölkəmizin mədəniyyətlərarası dialoqdini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğunu, bu ənənələrin qorunması istiqamətində Azərbaycan dövlətinin davamlı fəaliyyətinin şahidi olduğunu bildirmişdir.  Birləşmiş Millətlər Təşkilatı baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi bugünkü sərginin BMT Baş Məclisinin 68-ci sessiyası çərçivəsində açılmasının dünya birliyinin Azərbaycan dövlətinin multikulturalizm və tolerantlığın təmin olunması sahəsindəki fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu vurğulamışdır. O, BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Sərginin açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov tədbirə toplanmış BMT-nin üzv ölkələrini təmsil edən nümayəndə heyətləri rəhbərlərini səmimi salamlayaraq, ölkəmizdə dini tolerantlığın çoxəsrlik tarixindən danışmışdır. O, qeyd etmişdir ki, multikulturalizmmilli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir.

Natiq daha sonra  bildirmişdir ki son illərdə Azərbaycan dövlətinin, həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun  İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən irimiqyaslı beynəlxalq tədbirlər Azərbaycanı mədəniyyətlər və dinlərarası dialoqun tanınmış beynəlxalq mərkəzinə çevirmişdir.

Müstəqillik tarixində ölkəmizin tolerantlıq ənənələrini BMT-də tərənnüm edən bu ilk sərgi bir həftə davam edəcək. Sərginin Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka toplaşmış ali səviyyəli nümayəndə heyətləri, həmçinin BMT-nin nəzdindəki diplomatik missiyaların təmsilçiləri, bu beynəlxalq qurumun qonaqları və beynəlxalq media təmsilçiləri tərəfindən ziyarət edilməsi gözlənilir.

 

Azərbaycan.-2013.- 28 sentyabr.- S.6.