Nur şəhərinin ulduzları
Ali məktəblərə qəbulda
ən yüksək bal toplayan
Mingəçevir
təhsilinin beş
yetirməsi Prezident təqaüdçüsüdür
Xalqımızın ümummilli lideri Heydər Əliyev qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin gələcəyini düşünərək demişdir: "Gələcək bilikli, elmli insanların çiyinlərində qurulacaqdır". Milli təhsilimizin inkişafına yönələn dövlət qayğısı ölkəmizin iqtisadi qüdrətini artırmaq, xalqın həyat tərzini yaxşılaşdırmaq, dünyanın inkişaf etmiş dövlətləri sırasında yer almaq uğrunda mübarizədə əsas stimul rolu oynayır.
Energetiklər şəhəri Mingəçevir bu gün elmin, təhsilin inkişafı yolunda böyük uğurlara imza atır. Yaranışından ölkəyə nur paylayan bu həmişəcavan şəhərdə vətənimizin sabahı üçün hərtərəfli inkişaf etmiş, dərin biliyə, yüksək intellektual səviyyəyə malik, vətənini, xalqını sonsuz məhəbbətlə sevən ləyaqətli yeni nəslin formalaşmasına, güclü zəka sahiblərinin yetişməsinə böyük önəm verilir.
Dövlətin davamlı və yetərli qayğısı sayəsində Mingəçevir Şəhər Təhsil Şöbəsi bu gün kifayət qədər güclü maddi-texniki bazaya malikdir. Bu bazadan bacarıqla, yaradıcılıqla istifadə edən, öz peşəsini ürəkdən sevən, sözün həqiqi mənasında şam ömrü yaşayan Mingəçevirin çoxsaylı müəllim ordusu bu gün qazandığı nailiyyətlərlə haqlı olaraq qürur duyur. Cari tədris ilində qazanılan nəticələr son 20 ilin ən yüksək göstəricisidir. Təhsil işçiləri bunu nur şəhərinin 65 illik yubileyinə ən böyük töhfə hesab edirlər.
Təhsil islahatının müvəffəqiyyətlə həyata keçirilməsi, qarşıya qoyulan məqsədin şərəflə reallaşdırılması ilk növbədə məktəb yaşlı bütün uşaqların təhsillə əhatə edilməsi, istedadlı gənclərin yaradıcılıq qabiliyyətinin inkişafı üçün yeni tipli təhsil müəssisələri şəbəkəsinin yaradılmasından çox asılıdır. Bu yöndə Mingəçevirdə diqqətəlayiq işlər görülmüş, zəruri tədbirlər həyata keçirilmişdir. Hazırda Mingəçevir Şəhər Təhsil Şöbəsinin nəzdində bütövlükdə 29 təhsil müəssisəsi fəaliyyət göstərir. 19 tam orta ümumtəhsil məktəbində, 2 liseydə, 1 ümumi tipli tam orta internat məktəbində və 7 məktəbdən kənar müəssisədə 1700 nəfər pedaqoji və 490 nəfər texniki işçi çalışır. Ümumtəhsil məktəblərindəki şagirdlərin sayı isə 12.191 nəfərdir.
Şəhər təhsil şöbəsi müasir təlim texnologiyalarının tətbiqinə böyük önəm verir, fənn kurikulumunun müəllimlər tərəfindən dərindən öyrənilməsi, şagirdlərin valideynlərinə kurikulumun tətbiqində məqsəd və gözlənilən nəticənin nədən ibarət olmasının lazımi səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü iş aparır. İstedadların askar olunması və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə istedadlar bankı yaradılmış, uşaqlar müxtəlif bilik yarışlarına cəlb edilmiş, ayrı-ayrı mövzu üzrə şagirdlərin fəal iştirakı təmin edilməklə elmi-nəzəri konfranslar keçirilmişdir. Respublika və beynəlxalq səviyyəli yarışlarda fəal iştirak şagirdlərdə müasir dünyagörüşünün formalaşmasına, intellektual səviyyənin yüksəlməsinə əhəmiyyətli təsir göstərmişdir. Çəkilən zəhmətin, həyata keçirilən məqsədyönlü tədbirlərin fərəhli nəticəsi 2012-2013-cü dərs ilinin yekunlarında özünü aydın şəkildə göstərir. Ötən dərs ilində şəhərin XI sinif məzunlarından 18 nəfəri qızıl medala layiq görülmüş, IX sinfi bitirənlərdən 9 nəfəri fərqlənmə şəhadətnaməsi almışdır. Bu, respublikanın şəhər və rayonları arasında ən yüksək göstəricilərdən sayılır. Mingəçevirli məzunlar qazandıqları böyük uğurun təsadüf olmadığını ali məktəblərə qəbul üzrə keçirilən test imtahanlarında qazandıqları yüksək bal göstəriciləri ilə bir daha təsdiq etmişlər. Bu il mingəçevirli məzunlardan 408 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunanların 31 nəfəri 600-dən çox bal toplamışdır. Təqdirəlayiq haldır ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni dərs ili ərəfəsində orta məktəbi qızıl medalla bitirən və ali məktəblərə 600-dən yuxarı bal toplayaraq qəbul olunan məzunlara onların valideynlərinin, müəllimlərinin və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim etmişdir.
2013-cü ildə ali məktəblərə qəbul imtahanlarında 650-700 civarında bal toplayan mingəçevirli ulduzlardan bir qrupunu ölkə ictimaiyyətinə təqdim edirik:
- Məmmədli Nərmin Rövşən qızı - 700 bal, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.
- Paşayeva Aytən Vasif qızı - 700 bal, Azərbaycan Tibb Universiteti.
- Məmmədli Fərid Əli oğlu - 685 bal, Bakı Ali Neft Məktəbi.
- Kərimov Kamran Nurəddin oğlu - 685 bal, Azərbaycan Tibb Universiteti.
- Yusifova Nərgiz Məzahir qızı - 682
bal, Bakı Dövlət Universitetinin hüquq fakültəsi.
- İsmayılzadə Fuad Məzahir oğlu - 666 bal, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.
- Əhmədov Natiq Mövlan
oğlu - 665 bal, Azərbaycan
Tibb Universiteti.
- Yunisli Samir Fərman
oğlu - 665 bal, Azərbaycan Neft Akademiyası.
- Abışov Emin Yaşar oğlu - 663 bal, Azərbaycan Tibb Universiteti.
- Mirizadə Miri Mirələm oğlu - 662
bal, Azərbaycan Tibb Universiteti.
- Abdullayeva İradə Mübariz qızı - 657
bal, Bakı Dövlət Universitetinin hüquq fakultəsi.
- Ədilova Şəmsiyyə
Şəmşir qızı
- 653 bal, Bakı Dövlət Universitetinin hüquq fakultəsi.
- Əliyeva Aytac Sahib qızı - 652 bal, Azərbaycan
Tibb Universiteti.
- Bayramova Dilafruz Elçin qızı - 652
bal, Azərbaycan Tibb Universiteti.
- Mehdiyev Pənah Dərgah oğlu - 651 bal, Azərbaycan Tibb Universiteti.
Ali məktəblərə qəbul
imtahanlarında ən
yüksək nəticə
qazanan mingəçevirli
məzunlardan 5 nəfəri
Prezident təqaüdçüsü
adına layiq görülmüşdür.
Şəhər ictimaiyyətinin
qürur duyduğu bu gənclər arzuladıqları ali məktəblərin
auditoriyalarında indi
təhsillərini həvəslə
davam etdirirlər. Yeni dərs ilində onlar yeni arzularla
yaşayırlar.
Gecələri ana Kürün
laylasıyla uyuyan, səhərləri al günəşin
şəfəqlərindən həyat
eşqi alan nur şəhərinin səmasında bir cüt ulduz doğub. Bu il ali məktəblərə
qəbulda hər biri 700 bal toplayan Nərmin və Aytəni indi Mingəçevirdə
"bir cüt ulduz" adlandırırlar.
Bu gənc qızlar
yuxusuz gecələri,
böyük zəhmətləri
bahasına qazandıqları
uğurla adlarını
Mingəçevir təhsilinin
tarixinə qızıl
hərflərlə yazıb,
yüzlərlə yaşıdlarına
örnək olublar.
Müəllimlərinə, valideynlərinə eləcə də bütün şəhər
ictimaiyyətinə bir
dünya sevinc bəxş ediblər.
Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
I kurs tələbəsi,
Prezident təqaüdçüsü
Nərmin Məmmədlinin
dedikləri:
- Həyəcan dolu anlar arxada qalıb.
İndi rahat danışa bilərəm. Özümə inanırdım. İnanırdım
ki, seçdiyim ali məktəbə
qəbul olunacağam.
Amma 700 ballıq nəticə mənim üçün sevindirici olduğu qədər də gözlənilməz idi.
İndi Prezident təqaüdçüsü
kimi şərəfli
bir ad daşıyıram.
Bu adı daşımaqdan
qürur duymaqla yanaşı, həm də böyük məsuliyyət hissi duyuram. Gərək Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasını fərqlənmə
diplomu ilə bitirib, müstəqil respublikamız üçün
yüksək hazırlığa
malik bacarıqlı kadr olum. Eyni zamanda tələbəlik illərində məktəbin
ictimai-siyasi həyatında
fəal iştirakçıya
çevrilim. Mənim arzum,
niyyətim budur.
"Cüt ulduz"un
digəri, Azərbaycan
Tibb Universitetinin I kurs tələbəsi, Prezident təqaüdçüsü
Aytən Paşazadə
1996-cı il fevralın
17-də Mingəçevir şəhərində
ziyalı ailəsində
doğulub. Atası Vaqif də,
anası Aybəniz xanım da həkimdir,
Mingəçevir şəhər
xəstəxanasında çalışırlar.
Aytən
Paşazadə düşüncələrini
bizimlə həvəslə
bölüşür:
- Sülh rəmzi olan ağ
rəng mənim üçün müqəddəsdir.
Atamı, anamı ağ xalatda,
insanların sağlamlığı
keşiyində görəndə
həmişə qürur
hissi keçirmişəm,
könlümdə xoş
duyğular oyanıb. Həkim olmağa nə zaman qərar verdiyimi deyə bilmərəm. Bu istək elə bil mənimlə birlikdə doğulub.
Ali məktəbə qəbul
zamanı 700 bal toplayıb müəllimlərimi,
atamı, anamı, bütün doğmaları
sevindirdiyim üçün
özümü xoşbəxt
sayıram. Çalışacağam ki, bu xoşbəxtlik tələbəlik
illərində də
mənimlə olsun.
Prezident təqaüdçüsü adını
avans kimi qəbul edirəm. Bu etimadı doğrultmaq
üçün gecəni
gündüzə qatıb
oxuyacaq, doğma millətimin loğmanına
çevrilmək üçün
bütün gənclik
enerjimi sərf edəcəyəm.
Mingəçevir özəl türk
liseyinin yetirmələri
- hər biri 685 balla ali məktəblərə
qəbul olunan Kamran Kərimov və Fərid Məmmədli, 17 saylı
Mingəçevir şəhər
tam orta məktəbin məzunu
Fuad İsmayılzadə
də Prezident təqaüdünə layiq
görülmüşlər.
Dövlətin qayğısından güc alaraq fəal vətəndaş
mövqeyindən xalqına,
vətəninə şərəflə
xidmət edən, ürəyinin odunu, gözlərinin nurunu əsirgəmədən müstəqil
Azərbaycanın işıqlı
sabahları üçün
layiqli nəsil yetişdirməyə çalışan Mingəçevir
müəllimlərinin əməyi
alqışa layiqdir. Şəhər təhsil şöbəsinin müdiri
Sahib Məmmədovun dedikləri:
- Şəhərimizin builki məzunlarından 18 nəfərin qızıl medala layiq görülməsi, ali məktəblərə qəbulda rekord nəticə qazanılması, 5 nəfər mingəçevirli tələbənin Prezident təqaüdçüsü adına layiq görülməsi böyük uğurdur. Bu səviyyəyə çatmaq üçün çətin sınaqlardan keçmişik, pedaqoji kollektivin gücünü səfərbər edib lazım olan istiqamətə yönəltməyə çalışmışıq. Bizə həvəs verən, gücümüzü, qüvvəmizi artıran əsas amil dövlətimizin təhsilə davamlı qayğısıdır. Bu xüsusi diqqət sayəsində Mingəçevir təhsilinin maddi-texniki bazası son illər müqayisəedilməz dərəcədə möhkəmlənmişdir. Uzun illərdən bəri şəhərin bütün məktəblərində çox sayda məcburi köçkün ailələri məskunlaşmışdı. Belə vəziyyət tədris prosesində ciddi problemlər yaradırdı. Bu ilin yazında köçkün ailələri yeni tikilmiş binalara köçürüldü, məktəb binaları tamamilə boşaldıldı. Keçən il 3 və 11 saylı məktəblər əsaslı təmir edildi, ən müasir avadanlıqlarla təchiz olundu. 4 və 10 saylı məktəblərin əsaslı təmiri isə davam etdirilir. 17 məktəb və şəhər təhsil şöbəsi sürətli internet xəttinə qoşulmuşdur. Təhsil Nazirliyi tərəfindən şagirdlərə pulsuz dərslik verilmişdir. Yeni dərs ilinə qazanılmış uğurların yaratdığı yüksək əhval-ruhiyyə ilə başlamışıq. Qarşımızda aydın və şərəfli məqsəd durur - respublika təhsil sistemində qazandığımız öncül mövqeyi əldən verməmək, uğurları daha da artırmaq, nailiyyətləri hər vasitə ilə möhkəmləndirmək.
Lazım QULİYEV,
Azərbaycan.-2013.- 28 sentyabr.- S.9.