2013-cü il avqustun 15-də Qəbələ şəhərində
imzalanmış «Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının üzv
dövlətlərinin Xarici İşlər
Nazirlikləri arasında Əməkdaşlıq Protokolu»nun təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il avqustun 15-də Qəbələ şəhərində imzalanmış "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin Xarici İşlər Nazirlikləri arasında Əməkdaşlıq Protokolu" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın
1-ci hissəsində göstərilən Əməkdaşlıq
Protokolunun müddəalarının həyata keçirilməsini
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 sentyabr 2013-cü il
Azərbaycan.-2013.- 29 sentyabr.- S.3.