Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 3 mart tarixli 391 nömrəli fərmanı ilə təsdiq
edilmiş «Xidməti pasport
almaq hüququ olan vəzifəli şəxslərin
siyahısı»nda dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nı "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli
fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 3, maddə 172; 2012, ¹ 2, maddə 68, ¹ 5, maddə
426, ¹ 9, maddə 851, ¹ 12, maddə 1248) ilə təsdiq
edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli
şəxslərin siyahısı"nın 5.1-ci bəndində
"və 18 yaşına çatmış əmək
qabiliyyəti olmayan uşaqları" sözləri ",18
yaşına çatmamış uşaqları və 18
yaşına çatmış əmək qabiliyyəti
olmayan övladları" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 sentyabr 2013-cü il
Azərbaycan.-2013.- 29 sentyabr.- S.3.