Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli fərmanı ilə təsdiq edilmiş «Ümumvətəndaş, xidməti və diplomatik pasportların Spesifikasiyası»nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ümumvətəndaş, xidməti və diplomatik pasportların spesifikasiyası"nı "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 7, maddə 696) ilə təsdiq edilmiş "Ümumvətəndaş, xidməti və diplomatik pasportların spesifikasiyası"nın 13-cü hissəsinin ikinci cümləsində "hər əlindən bir barmaq izi" sözlərindən əvvəl "15 yaşına çatmış vətəndaşın" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 29 sentyabr.- S.3.