2013-cü il avqustun 11-də Bakı şəhərində
qəbul edilmiş «Azərbaycan
Respublikası Prezidentinin və İtaliya Respublikası Baş
nazirinin enerji sahəsində
əməkdaşlıq haqqında Birgə Bəyannaməsi»nin
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il avqustun 11-də Bakı şəhərində qəbul edilmiş "Azərbaycan Respublikası Prezidentinin və İtaliya Respublikası Baş nazirinin enerji sahəsində əməkdaşlıq haqqında Birgə Bəyannaməsi" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci
hissəsində göstərilən Birgə Bəyannamənin
müddəalarının həyata keçirilməsi
üçün zəruri tədbirlər görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 sentyabr 2013-cü il
Azərbaycan.-2013.- 29 sentyabr.- S.3.