GUAM-ABŞ Xarici
İşlər Nazirləri Şurasının növbəti
iclası olmuşdur
BMT Baş Məclisinin 68-ci sessiyası çərçivəsində GUAM-ABŞ Xarici İşlər Nazirləri Şurasının növbəti iclası (GUAM-ABŞ formatında 25-ci görüş) olmuşdur. Bu barədə AzərTAc-a GUAM-ın Kiyevdəki Katibliyindən bildirmişlər.
ABŞ-ın nümayəndə heyətinə dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland başçılıq etmişdir.
Tərəflər müxtəlif formatlarda, hər şeydən əvvəl nazirlər səviyyəsində GUAM-ABŞ dialoqunun əhəmiyyətini və qarşılıqlı faydasını qeyd etmişlər. Bununla əlaqədar, beynəlxalq və regional əməkdaşlıq, eləcə də GUAM-ABŞ formatında proqram və layihələrin gələcək implementasiyası məsələlərinin geniş spektri üzrə fikir mübadiləsinə xüsusi diqqət göstərilmişdir.
GUAM-ın Xarici İşlər Nazirləri Şurası təşkilatın nizamnamə vəzifələri və məqsədlərinin həyata keçirilməsində göstərdiyi davamlı dəstəyə görə ABŞ hökumətinə təşəkkürünü bildirmişdir. Görüşün sonunda GUAM-ABŞ Birgə Bəyanatı qəbul edilmişdir.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan.-2013.- 29 sentyabr.- S.5.