Myanma İttifaqı Respublikasının Prezidenti zati-aliləri cənab Theyn Seynə

 

Hörmətli cənab Prezident!

Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizə və bütün Myanma xalqına ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Ümidvaram ki, Azərbaycan ilə Myanma arasındakı əlaqələr daha da inkişaf edərək əməkdaşlığımızın genişlənməsinə töhfəsini verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 dekabr 2012-ci il

 

Azərbaycan.-2013.- 8 yanvar.- S.1.