"Gömrük sərhədindən
elektrikötürücü xətlər vasitəsi ilə
keçirilən mallar üzərində gömrük nəzarətinin
həyata keçirilməsi Qaydaları"nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 331 Bakı şəhəri, 30
dekabr 2012-ci il
"Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci
il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının
1.3.17-ci yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
"Gömrük
sərhədindən elektrikötürücü xətlər
vasitəsi ilə keçirilən mallar üzərində
gömrük nəzarətinin həyata keçirilməsi
Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 8 yanvar.- S.2.