Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində gömrük nəzarətinin
həyata keçirilməsi qaydaları
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 30 dekabr tarixli 332 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1.
Ümumi müddəa
1.1.
Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin
(bundan sonra Gömrük Məcəlləsi)
293.6-cı maddəsinə əsasən
hazırlanmışdır və gömrük sərhədindən
boru kəməri vasitəsi ilə keçirilən mallar
üzərində gömrük nəzarətinin həyata
keçirilməsi qaydalarını müəyyən edir.
2. Gömrük sərhədindən
boru kəməri vasitəsi ilə keçirilən mallar
üzərində gömrük nəzarəti və
onların gömrük rəsmiləşdirilməsi
2.1.
Gömrük ərazisindən boru kəməri vasitəsi ilə
aparılan və bu əraziyə gətirilən mallar
gömrük bəyannaməsi təqdim edildikdən və
seçilmiş gömrük prosedurunun tələblərinə
uyğun olaraq buraxılışından sonra gömrük sərhədindən
keçirilir.
2.2.
Gömrük sərhədindən boru kəməri vasitəsi
ilə keçirilən mallar seçilmiş gömrük
proseduru altında yerləşdirilərkən, onların
gömrük orqanlarına faktiki təqdim edilməsi tələb
olunmur.
2.3.
Boru kəməri vasitəsi ilə aparılan mallar
seçilmiş gömrük proseduru altında yerləşdirilənədək,
müvəqqəti saxlanc xüsusi gömrük proseduru
altında yerləşdirilməməsi şərtilə, qəbul
məntəqələrində saxlanıla bilər. Həmin
mallardan istifadə və özgəninkiləşdirmək də
daxil olmaqla, onlar barəsində sərəncam verilə bilməz.
2.4.
Nəqletmənin texnoloji cəhətlərindən,
malların isə xassələrindən və xüsusiyyətlərindən
asılı olaraq, gömrük sərhədindən boru kəməri
vasitəsi ilə keçirilən malların
qarışdırılmasına, miqdarının və kəmiyyətinin
dəyişdirilməsinə icazə normativ hüquqi
aktların tələblərinə əməl edilməsi
şərtilə verilir.
2.5.
Gömrük sərhədindən boru kəməri vasitəsi
ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi
bəyannaməçinin gömrük orqanına gömrük
rəsmiləşdirilməsi ilə bağlı bəyannamə
təqdim etdiyi vaxtdan başlanır.
2.6.
Gömrük bəyannaməsi və gömrük məqsədləri
üçün lazım olan digər sənədlər və
məlumatlar elektron və ya kağız üzərində
yazılı formada gömrük nəzarətini və rəsmiləşdirilməsini
həyata keçirən gömrük orqanına təqdim
olunur.
2.7.
Gömrük sərhədindən boru kəməri vasitəsi
ilə keçirilən malların bəyan edildiyi
gömrük proseduru altında yerləşdirilməsi
üçün gömrük bəyannaməsi ilə birgə
təqdim olunan sənədlərin və məlumatların
siyahısı Gömrük Məcəlləsinin 150.3-cü
maddəsinə əsasən müəyyən edilir.
2.8.
Bəyannaməçi gömrük bəyannaməsini
aşağıdakı səbəblərə görə verə
bilmədiyi hallarda natamam bəyannamə təqdim edir:
2.8.1.
gömrük orqanlarına faktiki təqdim edilməli olan mal
partiyası gömrük bəyannaməsi verildiyi vaxt
olmadıqda;
2.8.2.
gömrük bəyannaməsi verildiyi vaxt malların
miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək
mümkün olmadıqda.
2.9.
Natamam bəyannamədə gömrük məqsədləri
üçün lazım olan əsas məlumatlar göstərilir.
Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən
qanunvericiliklə müəyyən edilmiş qaydada və
müddətdə təqdim edilir.
2.10.
Gömrük sərhədindən boru kəməri vasitəsi
ilə keçirilən mallara dair natamam bəyannamənin təsdiq
edildiyi gün qüvvədə olan qanunvericilikdə nəzərdə
tutulmuş ticarət siyasəti tədbirləri tətbiq
olunur.
3. Gömrük sərhədindən
boru kəməri vasitəsi ilə keçirilən
malların eyniləşdirilməsi
3.1. Gömrük
sərhədindən boru kəməri vasitəsi ilə
keçirilən mallara eyniləşdirilmə vasitələri
tətbiq olunmur.
3.2.
Gömrük sərhədindən boru kəməri vasitəsi
ilə keçirilən malların miqdarı, keyfiyyəti və
digər xüsusiyyətləri müvafiq sənədlərdə
olan məlumatlar və ölçü cihazlarının
göstəriciləri üzrə aparılan uçot məlumatları
əsasında gömrük orqanları tərəfindən
müəyyənləşdirilir.
Azərbaycan.-2013.- 8 yanvar.- S.2.