Sarı gəlin

 

Çox ağırdır daşın sənin, Sarı gəlin,

Qədimlərə gedib çıxır,

Bilinməyən yaşın sənin, Sarı gəlin.

Zaman-zaman çalışdılar,

ayırsınlar səni bizdən,

Bu təhqirə ölməz ruhun necə dözdü, nə düşündü,

Allah bilir, için-için nələr çəkdin,

Sarı gəlin.

Çək-çevirdə saflığını, paklığını

İtirmədin, Sarı gəlin.

 

Qürurundur, ismətindir, sətrindəki

Saçın ucun hörməzlər”in, Sarı gəlin,

Gülü sulu dərməzlər”in, Sarı gəlin,

Heyif elə anlar oldu, az da olsa.

Saçlarının ucları” hördürdülər, Sarı gəlin,

Naxələflər səni bizə tərs gördülər, Sarı gəlin.

Mahnıdakıgəlin”, “çobansözlərinin

cəhd etdilər mənasını dəyişməyə, alınmadı,

Qarşımızda əyildilər, diz çökdülər,

Sarı gəlin.

 

Elin gücü, sözün gücü,

Səsin gücü, sehrin gücü

Qüdrətinə, ovsununa mat qaldılar,

paxıllıqdan çatladılar, Sarı gəlin.

 

Kəlməndəkidərə” “quzuinanc yerim,

 

Sarı gəlin,

Araxçının, kələğayın, arxalığın milli geyim, Sarı gəlin.

Dilindəki zənginliklər xalq dilindən qaynaqlanıb,

Əsrarəngiz gözəlliyin bir dünyadır,

Mən deyim, Sarı gəlin.

 

Nakam sevgin, dərdli qəlbin bayatımla pərvazlanıb,

Şurmuğamı üstə nalən dörd tərəfdə anlaqlanıb,

O illərdən nələr ötüb, baş verib naməlumdur,

Xalq qızını əziz tutub, xatirəni daim anıb.

 

Yüzə qədər bəlkə çox sənə mahnı qoşulubdur,

Mahnıların türk elində neçə qəlbi ovudubdur,

Vətənimin hər daşında, torpağında qalıb izin,

Xalqımızın həsrətisən, niskilisən, Sarı gəlin.

 

qədər ki, xain qonşu millətimə kəc baxırsa,

Tariximə, soykökümə, mənliyimə şər atırsa,

Bu adətdən, pis niyyətdən,

bəd əməldən çəkinmirsə,

Gəlinimiz, inamımız, əqidəmiz, Sarı gəlin.

Lazım bildim olmuşları, keçmişləri, həqiqəti,

Təkrar çözüm, təkrar yazım, Sarı gəlin.

 

 

Yaqub Səmədov

AMİ-nin Ağcabədi

filialının əməkdaşı

 

525-ci qəzet.- 2013.- 8 yanvar.- S.8.