Sumqayıt texnoparkı qeyri-neft
sektorunun flaqmanına çevrilir
Sumqayıt Texnologiyalar Parkı ölkəmizin qeyri-neft sektorunda yeni yaradılan nəhəng sənaye kompleksidir. Burada 25 iri və orta müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrdə dünyada mövcud olan son texnologiya və avadanlıqlardan istifadə edilir.
Bu da dünya standartlarına uyğun məhsul istehsalına imkan verir. Keyfiyyətli və münasib qiyməti olan məhsulun isə bazarda həmişə müştərisi olur.
Elə buna görə də texnoparkda istehsal olunan məhsullara çoxlu sifariş gəlir.
Yeni sənaye
nəhəngində müxtəlif
kabellər, transformatorlar,
yüksək gərginlikli
avadanlıqlar, hidroturbinlər,
su nasosları, elektrik mühərrikləri,
borular, texniki qazlar istehsal edilir. Texnoparkın fəaliyyəti sayəsində
ölkəmizdə qeyri-neft
sektorunda məhsul istehsalının artması
ilə yanaşı, yüzlərlə insan işlə təmin olunub.
Burada çalışan
işçilər üçün
əlverişli əmək
şəraiti yaradılıb. Texnoparkda çalışanlar
yüksək əməkhaqqı
almaqla bərabər, xidməti geyimlə, hər gün isti yeməklə təmin olunur, evdən işə, işdən evə müəssisənin ayırdığı
avtobuslarla gedib-gəlir,
onların sağlamlıqları
peşəkar tibb personalı tərəfindən
qorunur.
Fotomüxbirimiz
Ağaəli Məmmədov bu şəkilləri də həmin
texnoparkda çəkib.
Azərbaycan.-2013.- 9 yanvar.- S.1.