Sosial xidmət sifarişi
üzrə müqavilənin NÜMUNƏSİ
"Sosial xidmət sahəsində dövlət
sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına
verilməsi" Qaydasına əlavə
Bu
müqavilə "Sosial xidmət haqqında" Azərbaycan
Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq,
sosial xidmət sahəsində dövlət sifarişlərinin
verilməsi zamanı tərtib olunur.
1.
Müqavilənin tərəfləri
Bu müqavilə bir tərəfdən
bundan sonra "Sifarişçi" adlandırılacaq
_______________________________________________________
(dövlət
orqanının adı, onun səlahiyyətli şəxsinin vəzifəsi,
adı, soyadı və atasının adı)
_______________________________________________________
və
digər tərəfdən bundan sonra
"İcraçı" adlandırılacaq
_______________________________________________________
(bələdiyyələr,
fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatlarının adı,
onun
səlahiyyətli şəxsinin vəzifəsi, adı,
soyadı və atasının adı)
_______________________________________________________
arasında_____________tarixdə__________________bağlanmışdır.
(gün, ay, il) (imzalandığı yer)
2. Müqavilənin predmeti
2.1. Tərəflər təsdiq edirlər
ki, Sifarişçi
_______________________________________________________
(xidmətlərin adı)
İcraçının
xidmət göstərilməsi barədə təklifini qəbul
etmişdir.
2.2.
İcraçı müqavilədə nəzərdə
tutulmuş şərtlər əsasında müqavilədə nəzərdə
tutulan_______ _____ xidmətlərin
göstərilməsini öhdəsinə götürür.
(xidmətin adı)
Göstərilmiş xidmətlər
Sifarişçinin sifarişinə və bu müqavilədə
göstərilmiş şərtlərə uyğun
olmadıqda, İcraçı aşkar olunan
çatışmazlıqların müqavilənin xüsusi
şərtlərində göstərilmiş qaydada aradan
qaldırılmasına təminat verir.
2.3.
Sifarişçi müqavilədə nəzərdə
tutulmuş şərtlər əsasında xidmətlərin
yerinə yetirilməsinə dair hesabatların
İcraçıdan qəbul edilməsini və dəyərinin
ödənilməsini öhdəsinə götürür.
2.4.
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna
olmaqla, müqavilənin məbləği dəyişilməz
qalır.
2.5.
Aşağıdakı sənədlər bu müqavilənin
ayrılmaz tərkib hissəsi hesab olunur:
2.5.1.
maliyyələşdiriləcək layihənin məqsədi,
texniki icmalı və fərdi
iş planı;
2.5.2.
müqavilənin xüsusi şərtləri (müqavilənin
şərtlərini dəqiqləşdirən sənəd);
2.5.3.
İcraçının xidmətlə bağlı təklifini
təsdiq edən əsaslandırıcı sənədlər.
3. Tətbiq olunan hüquq
3.1. Müqavilənin müddəalarının
şərhi Azərbaycan Respublikasının mövcud
qanunvericiliyinə uyğun olaraq aparılmalıdır.
Müqavilənin icrası ilə əlaqədar tətbiq
olunan əlavə hüquqi normalar və sənədlər
müqavilənin xüsusi şərtlərində göstərilməlidir.
3.2.
Müqavilə üzrə göstərilən xidmətlərin
nəticələri, hesabatlar və İcraçı tərəfindən
hazırlanan digər sənədlər Sifarişçinin
mülkiyyəti hesab olunur və onun sərəncamında
qalır. İcraçı bu sənədlərin surətini
özündə saxlaya bilər.
4.
Müqavilənin dili
Müqavilə
Azərbaycan Respublikasının dövlət dilində tərtib
olunur.
5. Tərəflərin
öhdəlikləri
5.1. İcraçı:
5.1.1.
sosial xidmətlərin göstərilməsi üzrə
müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə
yetirilməsi barədə
sosial xidmətin müddətindən asılı olaraq
(6 ayadək müddətli müqavilələr üzrə
aylıq, 1 ilədək müddətli müqavilələr
üzrə rüblük) Sifarişçiyə aylıq və
ya rüblük hesabat təqdim etməlidir;
5.1.2.
müqavilənin icrası ilə bağlı olan bütün
şərtləri, tələbləri və buna aid məlumatları
öyrəndikdən sonra müqaviləni imzalayır.
İcraçının həmin şərtləri, tələbləri
və məlumatları bilməməsi onu müqavilə
üzrə götürdüyü öhdəliklərdən
azad etmir.
5.2.
Sifarişçi:
5.2.1.
müqavilə üzrə göstərilmiş xidmətlərə
dair hesabatların (aşkar olunan
çatışmazlıqların İcraçı tərəfindən
aradan qaldırılmasını nəzərə almaqla) qəbul
edilməsini və sosial xidmətin göstərilməsi ilə
əlaqədar ödəmələrin vaxtında
aparılmasını öhdəsinə götürür;
5.2.2.
müqavilənin xüsusi şərtlərində nəzərdə
tutulmuş hüquqi və təşkilati məsələlərin
həllini təmin edir;
5.2.3.
müqavilənin icrası ilə bağlı bütün məlumatların
dəqiqliyinə və İcraçıya vaxtında
çatdırılmasına təminat verir.
6.
İcraçının ixtisasına dair tələblər
6.1. İcraçı xidmətlə
bağlı təklifində təqdim olunan və
Sifarişçi tərəfindən təsdiq edilmiş
siyahıya uyğun olaraq, işçilərin müqavilənin
yerinə yetirilməsində iştirakını təmin edir.
Sifarişçi
müqavilənin icrası müddətində dəyişdirilən
işçilərin siyahısını (ixtisas uyğunluğunu
və səriştəsini) yenidən təsdiq edir.
6.2.
Sifarişçi səbəbini göstərməklə,
İcraçının hər hansı işçisinin
müqavilənin icrasından
uzaqlaşdırılmasını tələb edərsə,
İcraçı 3 (üç) iş günü müddətində
bu tələbi müqavilənin icrasına heç bir təsirin
olmaması şərtilə yerinə yetirməlidir.
7.
Müqavilə üzrə ödəmələr
7.1.
Müqavilə üzrə ödəmələr (o cümlədən
avans ödənişi) Sifarişçi tərəfindən
müqavilənin əsas şərtlər toplusunda və
müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş
qaydada və məbləğdə, İcraçının təqdim
etdiyi sənədlər (qaimələr, xidmətlərin
göstərilməsinə dair təhvil-təslim aktları,
bank zəmanəti) əsasında, ən qısa müddət
ərzində, lakin 30 (otuz) gündən gec olmamaq şərtilə
aparılır.
7.2.
Sifarişçi xidmətin göstərilməsi
üçün İcraçıya müqavilənin xüsusi
şərtlərində göstərilən məbləğdə
avans ödəyə bilər. Avansın alınması
üçün İcraçı müqavilənin əsas
şərtlər toplusunda müəyyənləşdirilmiş
qaydada Sifarişçiyə avans ödənişinin təminatını
təqdim edir. Avans ödənişi üçün verilən
təminat avans qaytarılana qədər qüvvədə
qalır, onun məbləği isə görülən
işlərin müqabilində azaldılır.
İcraçı avansı yalnız nəzərdə
tutulmuş məqsəd üçün istifadə edə bilər
və avansın göstərilən məqsədlər
üçün istifadə olunmasını müvafiq sənədlərlə
əsaslandırmalı və müvafiq sənədlərin
surətlərini Sifarişçiyə təqdim etməlidir.
7.3.
Müqavilə İcraçı və ya Sifarişçi tərəfindən
ləğv olunarsa, tərəflər müqavilənin
xüsusi şərtlərində göstərildiyi qaydada
ödənişlərin (o cümlədən avans və digər
ödənişlərin) məbləğini müəyyənləşdirən
və müqavilənin icrasını təsdiq edən sənədlər
tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında
müəyyən edilmiş fərq 15 (on beş) gün müddətində ödənilir.
8. Müqavilənin icrası
8.1.
İcraçı müqavilədə göstərilmiş
müddət ərzində müqaviləni imzalayır.
İcraçının tələb olunan müddət ərzində
xidmət müqaviləsini imzalamaması onun öz öhdəliklərini
icra edə bilməməsi kimi qiymətləndirilir.
İcraçı müqavilə üzrə öhdəlikləri
yerinə yetirə bilmədiyi halda, Sifarişçiyə dəyən
ziyanı mülki qanunvericiliklə müəyyən
edilmiş qaydada ödəməlidir.
8.2.
Müqavilə Sifarişçi və İcraçı tərəfindən
imzalandığı andan qüvvəyə minir.
8.3.
Müqavilənin icrası onun xüsusi şərtlərində
göstərilmiş müddət ərzində və
Sifarişçi tərəfindən təsdiq olunmuş
iş planı əsasında həyata keçirilir. İş
planı yalnız tərəflərin yazılı
razılığı əsasında dəyişdirilə bilər.
Bu hallarda İcraçının müqavilə üzrə
öhdəlikləri və müqavilənin icra müddəti
dəyişmir.
9.
Müqavilənin icrasına nəzarət
Sifarişçi
(və ya onun nümayəndələri) müqavilənin əsas
şərtlər toplusunda nəzərdə tutulmuş qaydada,
heç bir əlavə xərc çəkmədən,
müqavilənin şərtlərinin icrasına nəzarət
etmək hüququna malikdir.
10.
Müqavilənin icrası müddətində
çatışmazlıqların aradan qaldırılması
10.1. Müqavilənin icrası
müddətində Sifarişçi aşkar olunmuş
çatışmazlıqlar haqqında İcraçıya dərhal
bildiriş verməlidir. Bildirişdə
çatışmazlıqların aradan qaldırılması
üçün məsuliyyət müddəti göstərilməlidir.
10.2.
İcraçı çatışmazlıqlar haqqında
bildirişi aldıqdan sonra həmin
çatışmazlıqları bildirişdə müəyyən
edilmiş məsuliyyət müddəti ərzində aradan
qaldırır.
10.3.
İcraçı tərəfindən məsuliyyət
müddəti ərzində çatışmazlıqlar aradan
qaldırılmırsa, Sifarişçi həmin
çatışmazlıqların aradan qaldırılması
üçün tələb olunan məbləği
hesablayır və İcraçıya ödəniləcək
məbləğdən çıxır.
11. Cərimələr
11.1. İcraçı müqaviləni
müəyyən olunmuş qaydada və müddət ərzində
yerinə yetirmədikdə (gecikdirildikdə),
Sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin
xüsusi şərtlərində nəzərdə
tutulmuş cərimə sanksiyaları tətbiq edir. Cərimələrin
məbləğinin yuxarı həddi müqavilənin
xüsusi şərtlərində göstərilir və bu məbləğ
müqavilənin qiymətinin 10 faizindən çox
olmamalıdır. Cərimələrin məbləği
müəyyənləşdirilmiş maksimuma
çatdıqdan sonra Sifarişçi müqaviləni birtərəfli
qaydada ləğv edir.
11.2.
Sifarişçi müqavilədə müəyyən
olunmuş müddət ərzində və müqavilənin
xüsusi şərtlərində göstərilmiş qaydada
ödəmələri aparmasa, İcraçı müqavilənin
xüsusi şərtlərində müəyyən edilmiş
məbləğdə cərimə sanksiyaları tətbiq edə
bilər.
12.
Müqavilənin ləğv edilməsi
12.1. Müqavilənin şərtlərinin
əsaslı pozulmasına yol verilərsə (bu müqavilənin
11.1-ci bəndi istisna olmaqla), Sifarişçi və ya
İcraçı qarşı tərəfə 30 (otuz)
gün əvvəl yazılı xəbərdarlıq etmək
şərtilə, müqaviləni bütövlükdə və
ya qismən ləğv edə bilər.
12.2.
Aşağıdakı pozuntular əsaslı sayılır:
12.2.1.
İcraçının müqavilədə nəzərdə
tutulmadığı hallarda və ya Sifarişçi ilə
razılaşmadan 5 (beş) gündən artıq müddətdə
işləri dayandırması;
12.2.2.
Sifarişçinin müqavilənin pozulmasına səbəb
ola biləcək çatışmazlıqlar haqqında
yazılı bildirişinə baxmayaraq,
İcraçının təqdim edilmiş sənəd əsasında
10 (on) gün müddətində
tədbir görməməsi;
12.2.3.
müqavilənin xüsusi şərtlərində göstərilən
qaydada vurulmuş ziyanların maksimum həddi aşması;
12.2.4.
"Sosial xidmət haqqında" Azərbaycan Respublikası
Qanununun 15.2-ci maddəsinin tələblərinin
sosial işçi (sosial xidmətçi) tərəfindən
pozulması;
12.2.5.
İcraçı tərəfindən tərəflərin
müqavilədə nəzərdə tutulmuş digər
öhdəliklərinin yerinə yetirilməməsi.
13.
Mübahisəli məsələlərin həlli
13.1. Tərəflər müqavilə
üzrə öz aralarında yaranmış mübahisəli
məsələləri və ya qeyri-müəyyənlikləri
danışıqlar və qarşılıqlı güzəştlər
yolu ilə həll etməlidirlər;
13.2.
mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin
həlli danışıqlar yolu ilə 30 gün müddətində
mümkün olmadıqda, bu məsələlər Azərbaycan
Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin şərtlərinə əsasən
həll edilməlidir.
Sifarişçi ________________________________________________
(səlahiyyətli şəxsin
vəzifəsi, adı, soyadı və atasının adı)
İmza ____________
M.Y.
İcraçı
______________________________________________________
(səlahiyyətli
şəxsin vəzifəsi, adı, soyadı və
atasının adı)
İmza____________
M.Y.
Azərbaycan.-2013.- 9 yanvar.- S.2.