«FAİZLƏRLƏ»
YOX, «DƏFƏLƏRLƏ» ÖLÇÜLƏN
İNKİŞAF
BAŞ REDAKTORDAN
Dünya
2013-cü ilə ziddiyyətlər içərisində qədəm
qoydu!
Avropa
getdikcə güclənən və təsirini artıran
iqtisadi və maliyyə böhranı içərisində
çabalayır!
Ərəb
ölkələri keçirdikləri "baharın"
"qış" mərhələsinə daxil olublar!
Dünyadakı
münaqişə ocaqlarını söndürmək əvəzinə
bir qədər də neft töküblər!
Bəzi
ölkələr sanksiyaya məruz qalaraq müdaxilə təhlükəsi
qarşısındadırlar!
Siyasət
labirintləri içərisində düzgün yol seçərək
məqsədə çatmaq çox çətindir,
çox!
Xoşbəxtlikdən
Azərbaycan fərqli yolla gedir!
Bu
yol "Heydər Əliyev siyasi kursu" adlanır!
Bizi
böhran və bəlalardan qoruyan, uğur və nailiyyətlərə
çatdıran da məhz bu yoldur!
* * *
İnkişafın
keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan
dövlətinin fəaliyyətində başlıca yer tutur.
Bu məqsədlə dövlət başçısı cənab
İlham Əliyevin göstərişi əsasında
hazırlanan "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası təsdiq
olunmuşdur. Artıq bu ildən gerçəkləşdiriləcək
həmin Konsepsiya ölkə iqtisadiyyatının tarazlı və
dayanıqlı inkişafını təmin edəcək, əhalinin
sosial rifahının yüksəldilməsi, sosial-iqtisadi
inkişafın cari, orta və uzunmüddətli dövrləri
arasında üzvü bağlılıq və
qarşılıqlı uzlaşma yaratmaq, habelə cəmiyyətin
bütün istiqamətlərdə tərəqqisinə nail
olmaq funksiyasını yerinə yetirəcəkdir.
İnkişaf
Konsepsiyasının icrasına etibarlı və uğurlu start
nöqtəsindən başlanılmışdır!
Ən
əvvəl bu təməli ulu öndər Heydər Əliyev
qurtuluş missiyası ilə xalqın arzu və tələbi
ilə ikinci dəfə hakimiyyət sükanı arxasına
qayıdaraq qoymuşdur!
Tarixən
çox qısa müddətdə ümummilli liderimiz tərəfindən
görülən işləri tezis şəkilində
sadalamaqla kifayətlənirik:
-
Müharibə bölgəsində atəşkəs, ölkədə
möhkəm və dönməz sabitlik yaradıldı;
-
Yeni Konstitusiya qəbul edildi, bazar iqtisadiyyatı münasibətlərinə
keçidi təmin edəcək qanunçuluq bazası
hazırlandı;
- Azərbaycanın
karbohidrogen ehtiyatlarının dünya bazarına
çıxışını təmin edəcək "Əsrin
müqaviləsi" neft kontraktı imzalandı. Nəticədə:
ölkə
ümummilli böhrandan qurtuldu;
neft sənayesi iqtisadiyyatın
lokomotivinə çevrildi;
dünyanın aparıcı dövlətlərinin
maraqları Azərbaycanda cəmləndi;
Azərbaycan öz sərvətlərinin
sahibliyini və müstəqil siyasətini təmin etdi;
Neft və təbii qazın dünya
bazarına çıxarılması üçün yeni boru
kəmərləri çəkildi;
BÜTÖVLÜKDƏ:
-
Özəlləşdirmə proqramları yerinə yetirildi;
-
Aqrar islahatı keçirilərək torpaq əsl sahibinə
qaytarıldı;
-
Demokratiya yolunu tutan və dünyaya inteqrasiya edən Azərbaycan
Avropa Şurasına üzv qəbul olundu;
-
Heydər Əliyev siyasi kursunun dəqiq konturları
cızıldı.
İlham
Əliyev missiyasının başlaması müstəqil Azərbaycanı
yeni inkişaf mərhələsinə yüksəltdi. Mayasında
cənab İlham Əliyevin düşünülmüş,
sürətli və davamlı inkişaf konsepsiyası duran
inkişafın Azərbaycan modeli xalqımızı qısa
zamanda yaxın məqsədlərə çatdıraraq
dünyanın marağına səbəb oldu.
AZ
VAXTDA:
Enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi
təmin edildi;
Azərbaycan transmilli layihələrin
təşəbbüsçüsü, icraçısı və
maliyyələşdirəni oldu;
Ölkə başdan-başa yenidən
qurularaq abadlaşdırıldı, zəruri infrastruktur
yaradıldı;
Azərbaycan Cənubi Qafqazın ən
güclü və modern dövlətinə çevrildi;
155 dövlətin dəstəyi ilə
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçildi.
Ölkədə
həyata keçirilən sosial və investisiya
yönümlü siyasət öz bəhrəsini vermişdir!
MÜSTƏQİL
AZƏRBAYCANIN İNKİŞAFI "FAİZLƏRLƏ"
DEYİL, "DƏFƏLƏRLƏ"
ÖLÇÜLÜR!
Bu nə
deməkdir? Konkret rəqəmlərə nəzər salaq!
2003-2011-ci
İLLƏRDƏ:
*
Ölkə iqtisadiyyatının həcmi 3 dəfə
artıb! Azərbaycan ümumi daxili məhsul
istehsalının illik artım tempinə görə
dünyanın lider dövlətləri sırasında yer
alıb;
*
Dövlət büdcəsi 17 dəfə artıb! Beləliklə
1,5 milyard dollardan 25 milyard dollara çatıb;
*
Ölkənin strateji valyuta ehtiyatları 25,3 dəfə
artıb! Hazırda valyuta ehtiyatlarımızın miqdarı
40 milyard dolları keçib;
*
Nominal əməkhaqqı 5,9 dəfə artıb! Hazırda
orta maaş 500 dollara bərabərdir;
* Nominal orta aylıq pensiya 6,1 dəfə
artıb! Orta pensiya 200 dollar olub;
* Bank aktivlərinin həcmi 10,4 dəfə artıb!
Baş verən bir
sıra "enmələr"
və "azalmalar"
da əslində xalqın güzəranına
müsbət təsir
göstərib. Belə
ki:
Yoxsulluq səviyyəsi 7 dəfə
aşağı düşərək
49 faizdən 7,6 faizə çatıb;
Son 3 ildə
internet xidmətlərindən istifadə haqları 10 dəfədən çox
aşağı salınıb;
Azərbaycanın
valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən
çox üstələyir!
Dünyanı maliyyə və
iqtisadi böhranın
bürüdüyü, bu
səbəbdən Avropa
İttifaqının dağılmaq
təhlükəsi ilə
üz-üzə qaldığı
və Avropa dövlətləri əhalisinin
sosial narazılığının
artdığı, bəzi
dövlətlərin kredit
reytinqinin aşağı
düşdüyü vaxtda
Azərbaycanın "dəfələrlə"yə
söykənən sürətli
inkişafı fantastik
təsir bağışlayır.
Üstəlik elə göstəricilərimiz
var ki, dünyada
analoq tanımır.
Həm də belə rəqəmlər dövlətin
imicinə və insanların sosial rifahının yüksəlməsinə
birmənalı şəkildə
müsbət təsir
göstərir.
İnkişafın daha bir neçə analoqsuz məqamlarına nəzər
salaq:
Davos İqtisadi Forumunun hazırladığı cədvələ
görə Azərbaycan
rəqabət qabiliyyətliliyinə
görə MDB-də
1-ci, dünyada 18-ci yerdədir;
Hər il məcburi
köçkünlərin mənzil
şəraitinin yaxşılaşdırılmasına
300 milyon manat vəsait xərclənir;
Son doqquz ildə qaçqınlar və məcburi köçkünlər
üçün 71 yeni
tipli qəsəbə
salınmış, çoxmərtəbəli
binalardan ibarət məhəllə və həyət evlərinə
23 mindən çox məcburi köçkün
ailəsi köçürülmüşdür;
Həmin dövrdə daimi yaşayış yerini tərk etmiş insanlar üçün
129 məktəb, 43 uşaq
bağçası, 47 tibb
müəssisəsi, 34 rabitə
evi tikilmişdir;
Qərb bölgəsində baş
vermiş zəlzələnin
nəticələrinin aradan
qaldırılmasına, əhalinin
uçmuş evlərinin
yenidən tikilərək
özlərinə verilməsinə
300 milyon manat xərclənib;
Keçmiş
SSRİ məkanında ən
qısa müddətdə
və ən yüksək əmsalla əhalinin batmış əmanətləri Azərbaycanda
qaytarılır.
Ən aydın, açıq və anlaşıqlı dil "rəqəmlərin
dili"dir! Konkret rəqəmlərin arxasında
isə çox mətləblər dayanır.
Onları uzun-uzadı
şərh etmədən
mənasını açmağı
oxucuların öhdəsinə
buraxırıq. Yalnız
bir məqamı xatırlatmaq istəyirik: Bütün bu görülən işlərin
arxasında gərgin əmək, məqsədyönlü
fəaliyyət, böyük
vəsaitlə bərabər,
Azərbaycan iqtidarının
xalqın güzəranının
yüksəldilməsinə böyük diqqəti və qayğısı, üstəlik düşünülmüş
və uzaqgörən
siyasət dayanır!
Azərbaycan.-2013.- 9 yanvar.- S.3.