Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Göndərdiyiniz xoş təbrik məktubunuza görə Sizə minnətdarlığımı bildirirəm. Növbəti dörd il ərzində ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin davam etdirilməsini və daha da möhkəmləndirilməsini arzulayıram. Əminəm ki, birgə səylərimiz nəticəsində dünyanın bir çox yerində üzləşdiyimiz çağırışların öhdəsindən uğurla gələcəyik.

Bir daha xoş sözlərinizə görə təşəkkür edirəm.

 

 

Barak OBAMA,

Amerika Birləşmiş Ştatlarının Prezidenti

9 yanvar 2013-cü il

 

Azərbaycan.-2013.- 10 yanvar.- S.1.