«Turizm sənayesi üçün peşəkar gənclərin
hazırlanması» layihəsi
başa çatmışdır
Azərbaycan
Gənclər Fondunun maliyyə dəstəyi ilə "Şəfəq"
Ekoturizm İctimai Birliyi tərəfindən həyata
keçirilən "Turizm sənayesi üçün peşəkar
gənclərin hazırlanması" layihəsi başa
çatmışdır.
Fondun
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
layihə çərçivəsində Lənkəran,
Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad
rayonlarının gəncləri üçün bir sıra
maarifləndirici görüşlər keçirilmişdir.
Görüşlərdə Azərbaycanın cənub rayonlarında
turizmin inkişaf perspektivləri müzakirə olunmuşdur. Tədbirlərdə
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı haqqında məlumat verilmiş, gənclərə
dövlət qayğısından
danışılmışdır.
Bundan
əlavə, Qəbələ rayonunda "Bələdçi
(gid) xidməti sahəsində peşəkar gənclərin
hazırlığı" mövzusunda 5 günlük təlim
kursu keçirilmişdir. Təlimdə 15 rayondan 18 gənc
iştirak etmişdir. İştirakçılar bələdçiliyin
təşkili və digər mövzularla bağlı məlumatlandırılmışlar.
"Qeydiyyatçı
(reception) xidməti sahəsində peşəkar gənclərin
hazırlığı" mövzusunda ikinci təlim isə
Lerik və Masallı rayonlarında təşkil olunmuşdur.
Hər
iki təlim kursunun iştirakçılarına sertifikatlar
verilmişdir.
Azərbaycan.-2013.- 10 yanvar.- S.6.