Qaxın kukla teatrı
mingəçevirli uşaqların qonağı olub
Yeni il münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti valideyn himayəsindən məhrum, əqli və fiziki qüsurlu uşaqlar, şəhər bağçalarının, orta məktəblərin ibtidai siniflərinin uşaqları üçün bayram şənliyi təşkil etmişdir.
Yeni
il hədiyyəsi olaraq Qax rayonunun kukla teatrı balacaların
qonağı olmuşdur. Kukla teatrı uşaqlara Molla Nəsrəddinin
lətifələri əsasında hazırlanmış tamaşa göstərmişdir. 400
nəfərə yaxın uşağın qatıldğı
tədbirdə icra hakimiyyətinin
başçısı Niyazi Bayramov yeni nəslin fiziki və mənəvi
inkişafına göstərilən dövlət
qayğısından söz açmış, Heydər Əliyev Fondunun bu sahədə
həyata keçirdiyi çoxsaylı layihələrin əhəmiyyətini
vurğulamışdır. Uşaqların sağlam
böyüməsi üçün yaradılan nümunəvi
şəraitdən danışan
şəhər rəhbəri uşaqlara xoş günlər
arzulamışdır. Fidan
balalar Yeni ilin rəmzi olan Şaxta baba və Qarqızla yolka ətrafında
rəqs etmiş, şəkil çəkdirmişlər.
Bir-birini əvəz edən şeirlər, mahnılar, kicik səhnəciklər
şənliyi daha da yaddaqalan etmişdir. Uşaq Yaradıcılıq Mərkəzinin təqdim etdiyi ədəbi-bədii
kompozisiya alqışlarla qarşılanmışdır.
Esmira HİDAYƏTOVA,
Mingəçevir şəhər
sakini
Azərbaycan.-2013.- 10 yanvar.- S.7.