Daşkəsən rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" ölkənin
bütün bölgələrində olduğu kimi, Daşkəsən
rayonunda da uğurla həyata keçirilir. Son illərdə
rayonda bir sıra infrastruktur layihələri yerinə
yetirilmiş, təhsil, səhiyyə, mədəniyyət və
digər sosial yönümlü obyektlər istifadəyə
verilmiş, geniş abadlıq-quruculuq işləri
görülmüşdür.
Daşkəsən
şəhərində abadlıq-quruculuq işlərinin davam
etdirilməsi, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nda rayon üzrə
müəyyən olunmuş tədbirlərin həyata
keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1.
Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsi məqsədi ilə Daşkəsən
Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2013-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 10 yanvar
2013-cü il
Azərbaycan.-2013.- 11 yanvar.- S.1.