ABŞ-ın «The Washington Times» qəzetində 20 Yanvar

 faciəsi ilə bağlı məqalə dərc olunmuşdur

 

ABŞ-ın "The Washington Times" qəzetinin 9 yanvar tarixli nömrəsində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunmuşdur.  

AzərTAc xəbər verir ki, məqalədə bu il dünyada yaşayan bütün azərbaycanlıların 20 Yanvar faciəsinin 23-cü ildönümünü qeyd edəcəkləri bildirilir. Yazıda faciənin tarixi haqqında oxuculara məlumat verilir. Bildirilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilərək dinc əhaliyə qarşı törətdiyi qırğınlar nəticəsində 170 nəfər qətlə yetirilmiş, 321 nəfər itkin düşmüş, 700-dən artıq insan isə yaralanmışdır. Qeyd edilir ki, bu cür qətliamlar Qazaxıstan, Gürcüstan Litva kimi digər keçmiş sovet respublikalarında da törədilsə , Azərbaycanda həyata keçirilmiş Yanvar qırğını daha kütləviliyi qəddarlığı ilə seçilir. 

Yazıda bildirilir ki, dəhşətli Yanvar hadisələri Azərbaycan xalqının ruhunu qıra bilməmiş, əksinə, onu azadlıq və müstəqillik uğrunda daha da sıx birləşdirmişdir. Bu azadlıq mübarizəsi isə 1991-ci ildə Azərbaycanın müstəqilliyini yenidən əldə etməsi ilə nəticələnmişdir. 

 

Azərbaycan.-2013.- 11 yanvar.- S.1.