Azərbaycanla ABŞ-ın Texas
ştatı arasında əlaqələrin
daha da inkişafı
üçün geniş imkanlar var
"Azərbaycan ilə Amerika Birləşmiş Ştatları, xüsusən də bir çox oxşar cəhətləri olan Texas ştatı arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Səfərimin əsas məqsədi də bununla bağlı fikir mübadiləsi aparmaqdır". Bu sözləri Azərbaycanda səfərdə olan ABŞ Konqresinin üzvü Henri Roberto Cuellar dünən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşdə söylədi. Azərbaycan-ABŞ dostluq əlaqələrindən razılıqla danışan Ziyafət Əsgərov bildirdi ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra rəsmi Bakı ABŞ-la münasibətlərin inkişafına xüsusi diqqət yetirib. Sevindirici haldır ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ermənistanın işğalçılıq siyasətindən və törətdiyi terror hadisələrindən əziyyət çəkən ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə ilk gündən Birləşmiş Ştatların yanında olub. Azərbaycan NATO qüvvələri tərkibində beynəlxalq sülhyaratma əməliyyatlarında fəal iştirak edir.
Konqresmen
Roberto Cuellar isə diqqətə çatdırdı ki, bu
ilin aprelində bir qrup konqresmenlə birlikdə yenidən Azərbaycana
səfərləri planlaşdırılır. Qonaq Azərbaycan ilə Texas
ştatının oxşar cəhətlərinin
çox olduğunu da bildirdi: "Əlaqələrimizin
hərtərəfli inkişafı üçün geniş imkanlar var. Hesab
edirik ki,
qarşılıqlı səfərlər və aparılan
danışıqlar əməkdaşlığımızın
daha da genişlənməsinə
və xalqlarımız arasındakı dostluq
münasibətlərinin möhkəmlənməsinə xidmət
edəcəkdir". Görüşdə ölkələrimizin
mövcud siyasi, iqtisadi və mədəni əlaqələrindən
danışıldı, qarşılıqlı maraq doğuran məsələlərə
dair fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2013.- 11 yanvar.- S.2.