Azərbaycan zəngin təbii sərvətlərinə
və yerləşdiyi
mövqeyə görə Texasa bənzəyir
Dünən
Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası
əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ
parlamentlərarası əlaqələr üzrə
işçi qrupun rəhbəri
Səməd Seyidovun Azərbaycanda səfərdə olan
ABŞ Konqresinin üzvü Roberto Cuellar ilə
görüşü oldu.
Səməd
Seyidov Azərbaycan ilə ABŞ
arasında mövcud olan
siyasi, iqtisadi və mədəni əlaqələrdən
söhbət açdı. Qeyd
olundu ki, dünyanın fövqəldövləti
sayılan ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın
xarici siyasətində əsas
yerlərdən birini tutur. Azərbaycanın bu əlaqələri daha da genişləndirmək niyyətində
olduğunu deyən Səməd Seyidov qarşılıqlı
münasibətlərin strateji tərəfdaşlıq
səviyyəsinə çatdığını söylədi.
O, bu sahədə parlamentlərarası dostluq
qruplarının fəaliyyətini yüksək qiymətləndirdi.
ABŞ
Konqresində Texas
ştatını təmsil edən Roberto Cuellar səmimi görüş və
yüksək qonaqpərvərlik üçün minnətdarlıq
etdi və bildirdi ki, Texasla Azərbaycan zəngin təbii
ehtiyatlarına və yerləşdikləri coğrafi mühitə
görə çox bənzərdirlər. Konqresmen Azərbaycanın
onda yüksək təəssürat oyatdığını,
bu ilin aprel ayında bir qrup
konqresmenlə birlikdə yenidən Azərbaycana səfər
planlaşdırıldığını dedi. Azərbaycan
Diplomatiya Akademiyasında olduğunu vurğulayan qonaq hər
iki ölkə arasında təhsil
sahəsində aparılan təcrübə
mübadiləsinin yaxşı
nəticələr verəcəyinə
ümidvar olduğunu
vurğuladı.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra
məsələlər barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2013.- 11 yanvar.- S.2.