TANAP «Şahdəniz» qazının Avropaya

çatdırılmasına uğurlu yol açacaq

 

2012-ci il "Sahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsi üçün uğurlu oldu. Layihənin birinci mərhələsi çərçivəsində hasilat və nəqletmə ahəngdar davam etdi. Aprel ayında ikinci mərhələnin ilkin mühəndis-layihələndirmə işlərinə başlandı.

"Şahdəniz"in ikinci mərhələsini Yatağın Tammiqyaslı İşlənməsi də adlandırırlar. Bu, Azərbaycan qazını Türkiyə və Avropaya çatdıracaq nəhəng bir layihədir. O, yeni Cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq.

Hesablamalara görə, 25 milyard dollar dəyərində olan layihə çərçivəsində  ildə 16 milyard kubmetr qaz hasil ediləcəyi gözlənilir. Xatırladaq ki, "Şahdəniz"in birinci mərhələsində illik ən yüksək qaz hasilatı təqribən 9 milyard kubmetr olacaq. "Şahdəniz" layihəsində BP (o, həm də operatordur, Böyük Britaniya), "Statoyl" (Norveç), ARDNŞ (Azərbaycan), "LUKoyl" (Rusiya), NIKO (İran), "Total" (Fransa) və TPAO (Türkiyə) şirkətləri konsorsium təşkil edir.

Keçən ilin iyun ayında Azərbaycan və Türkiyə hökumətləri Türkiyə ərazisində Transanadolu Boru Kəməri (TANAP) adlanan ayrıca bir xəttin tikilməsi üçün Hökumətlərarası SazişTranzit Ölkə Hökuməti ilə  Saziş  imzaladılar. "Şahdəniz" konsorsiumunun üzvləri TANAP-ı dəstəklədilər. BP, "Total" və "Statoyl" şirkətləri TANAP-da iştirak payları əldə etmək qərarındadırlar.

BP-dən aldığımız məlumatda konsorsiumun layihənin texnikikommersiya məsələlərinin müəyyənləşməsinin sürətləndirilməsi məqsədilə Azərbaycan və Türkiyə hökumətləri tərəfindən TANAP-a dəvət olunmuş bütün iştirakçılarla yaxından işlədiyi bildirilir: "Biz həmçinin BOTAŞ-la texniki əməkdaşlığı davam etdiririk. İnanırıq ki, "Şahdəniz" 1-dən daha çox qaz ixracı üçünTANAP-a dəstək kimi BOTAŞ-ın sistemini başa düşmək vacibdir".

Konsorsium qazın Türkiyə ilə Avstriya, yaxud Türkiyə ilə Yunanıstan və İtaliya arasındakı bazarları təchiz etmək üçün Türkiyə sərhədindən o yana daşınması məqsədilə Transadriatik Boru Kəməri (TAP) və "Nabukko Uest" (Nabucco West) layihələrini Cənub dəhlizinin son hissəsi kimi qiymətləndirir. Bəs qazı Türkiyə sərhədindən Avropaya hansı kəmər daşıyacaq? Hazırda konsorsium hər ikisinin səhmdarları ilə işləməkdə davam edir. "Şahdəniz" artıq TAP-la əməkdaşlıq sazişi və maliyyələşmə sazişləri imzalayıb ki, o, layihəyə qısamüddətli maliyyə yönəltsin. Əməkdaşlıq və uyğunluq yaratmaq üçün konsorsium eyni səviyyədə həmçinin "Nabukko Uestlə" də işləyir. Bunlar Azərbaycanın nəhəng qaz ehtiyatlarını Avropanın nəhəng qaz bazarı ilə bağlamaq məqsədilə iki səmərəli marşrut arasında seçim imkanı yaradır.

Konsorsium bu iki layihə arasında son seçiminibununla bağlı qaz satışı sazişlərini 2013-cü ilin ortalarına planlaşdırılmış "Şahdəniz-2"nin  yekun investisiya qərarından əvvəl başa çatdıracaq.

Hazırda sahildən təxminən 70 kilometrlik məsafədə yerləşən yataqda ikinci mərhələ üçün nəzərdə tutulan qazma işləri də gedir. Layihəyə həmçinin dənizdə körpü vasitəsilə  birləşdirilmiş iki yeni hasilat platformasının tikilməsi, iki yarımdalma qazma qurğusu vasitəsilə 26 sualtı quyunun qazılması daxildir. Bundan əlavə, suyun 550 metrədək dərinliyində ümumi uzunluğu 500 kilometr olan boru xətləri çəkiləcək, Cənubi Qafqaz Boru Kəmərinin ixrac  gücü artırılacaq. Səngəçal terminalının genişləndirilməsi də nəzərdə tutulur.

Görülmüş və görüləcək işlərin həcmi də göstərir ki, "Şahdəniz" hazırda dünyada işlənən ən böyük qaz layihələrindən biridir.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2013.- 11 yanvar.- S.4.