Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
dövlət proqramlarının uğurla yerinə yetirilməsi
sahəsində Şirvan şəhərində bir sıra
mühüm tədbirlər həyata keçirilmiş, əsaslı
infrastruktur layihələri yerinə yetirilmiş, yeni istehsal
müəssisələri yaradılmış, müasir tələblərə
cavab verən Müalicə Diaqnostika Mərkəzi və digər
sosialyönümlü obyektlər inşa olunmuş,
genişmiqyaslı
abadlıq-quruculuq işləri
görülmüşdür.
Şirvan şəhərində
abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda
şəhər üzrə müəyyən olunmuş tədbirlərin
həyata keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1.
Şirvan şəhərinin sosial-iqtisadi inkişafının
sürətləndirilməsi məqsədi ilə Şirvan
Şəhər İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2013-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 yanvar
2013-cü il
Azərbaycan.-2013.- 12 yanvar.- S.1.