Bakıda məşhur britaniyalı heykəltəraş
Ceyn MakAdam Freydin «Ailə dəyərləri»
övzusunda sərgisi açılmışdır
"Gazelli
Art House" müasir incəsənət
qalereyasında məşhur
britaniyalı heykəltəraş və rəssam, psixoanalizin
yaradıcısı - görkəmli Avstriya psixoloqu Ziqmund
Freydin nəticəsi Ceyn MakAdam Freydin "Ailə dəyərləri"
mövzusunda sərgisinin açılışı
olmuşdur. Martın 6-dək davam edəcək sərgidə əvvəllər
Londonun "Gazelli Art House" qalereyasında nümayiş
olunan əsərlər təqdim
edilir.
AzərTAc
xəbər verir ki, 1981-ci ildə Londonda Müqəddəs
Martin adına Mərkəzi İncəsənət və
Dizayn Kollecinin bakalavr pilləsini başa vuran Ceyn MakAdam Freyd daha sonra Romada
Britaniya medalyer incənəti mükafatı təqaüdünə
layiq görülmüş və 1995-ci ildə Kral İncəsənət
Kollecinin magistr dərəcəsini bitirmişdir.
Yanvarın
11-də "Gazelli Evi"nin konfrans zalında
keçirilmiş mətbuat konfransında "Gazelli Art House" qalereyalar
şəbəkəsinin təsisçisi və direktoru Mila Əsgərova
Freydin yaradıcılığından, dünyanın müxtəlif
muzey və qalereyalarının, o cümlədən
Londondakı Viktoriya və Albert Muzeyinin və Nyu-Yorkun Bruklin Muzeyinin daimi
kolleksiyalarında saxlanılan əsərlərindən
danışmışdır.
Hazırda Ceyn Müqəddəs Martin adına kollecində
mühazirələr oxuyur və Londonun bir sıra təhsil
müəssisələrində dərs deyir.
Ceyn
MakAdam Freydin sözlərinə görə, əsasən heykəltəraşlıq
əsərlərinin
nümayiş olunduğu sərginin adı onun "ailə
dəyərləri" konsepsiyasını əks etdirir və
bu, praqmatik əsrimizdə onun üçün böyük əhəmiyyət
daşıyır. O demişdir
ki, insan gildən yaranmışdır və dünyada öz
yolunu başa vuraraq yenidən torpağa qayıdır.
Tanınmış əcdadının baxışları, o
cümlədən psixoanaliz fəlsəfəsi rəssamın yaradıcılığına
böyük təsir göstərmişdir. Ceynin seçdiyi sənət
onun ömür yolu kimi irəlicədən müəyyənləşmişdir:
Ceynin atası Lüsyen Freyd portret janrı ustasıdır,
"qeyri-şüuru nəzəriyyənin" atası
sayılan Ziqmund Freyd isə
gözəllik xiridarı olmuş, heykəltəraşlıq
əsərləri kolleksiyası yaratmışdır.
Bakı
haqqında təəssüratları ilə bağlı
sualları cavablandıran Freyd şəhərin görməli
yerləri ilə tanış olmağa hələ imkan
tapmadığını, lakin buradakı qədim Şərq və müasir Qərb
arxitekturası sintezinin, insanların bir-biri ilə münasibətlərindəki
hörmət və ehtiramın - Britaniya cəmiyyətində,
təəssüf ki, artıq əhəmiyyətini
itirmiş bu ali keyfiyyətin onu
heyrətləndirdiyini qeyd etmişdir.
Britaniyalı
heykəltəraş, həmçinin bildirmişdir ki,
yanvarın 12-də incəsənət həvəskarları
üçün seminar keçirəcəkdir.
Azərbaycan.-2013.- 12 yanvar.- S.5.