Ana adı Azərbaycanda ən uca addır

 

Ana adı Azərbaycanda ən uca addır Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu şərəfli missiyanın parlaq təcəssümüdür. Almaniyanın Potsdam şəhərində yaşayan həmvətənimiz Günel Qurbanın AzərTAc-a daxil olmuş məktubunda bu barədə bəhs edilir.

Məktubun mətnini təqdim edirik.

"Dekabrın 28-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva cəmiyyətin himayəsinə diqqətinə ehtiyacı olan uşaqlarla birlikdə Yeni il şənliklərində iştirak etdiyi gündən müxtəlif hisslər keçirirəm. Buradan, Almaniyadan Azərbaycanda baş verən hadisələrin çoxu daha qabarıq görünür.

Mən Vətənimdə hər gün baş verən proseslərdə özümün müəyyən qədər iştirakımı duymaq üçün dövri nəşrləri diqqətlə izləyirəm. İqtidar, müxalifət, siyasət, mənasız mübahisələr - bütün bunlar arxa plana keçir. Gözlər ürək isə başqa, daha əhəmiyyətli xəbərlər axtarır belə anlarda insan öz qəlbinin səsinə, özünəməxsus mənəvi qanunlara qulaq asmağa başlayır. Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən saytda oxuyuram: Azərbaycanda yüzlərlə məktəb tikilməsi, qaçqın məcburi köçkünlərin, Qarabağ müharibəsi əlillərinin şəhidlərin ailələrinə daimi qayğı göstərilməsi bu fəaliyyətin bir sıra başqa aspektləri olduqca təsirli diqqətçəkəndir. Lakin bunlar yalnız quru statistikadır. Statistika insanın ürəyi ilə deyil, ağlı ilə qəbul edilir.

Yuxarıda adını çəkdiyim bayramla əlaqədar fotoşəkillərə baxanda məndə belə bir duyğu yarandı. Böyük məhəbbət şəfqət hissi ilə dolu gözlər sanki bütün Kainata car çəkir: "Mən bu uşaqların taleyini dəyişəcəyəm, onlar özlərini tənha hiss etməyəcəklər, mən onların ağrı-acısına şərik olacaq, onlara ehtiyac duyduqları hərarəti verəcəyəm". Bu məqamda anlamağa başlayırsan - qarşımızdakı Mehriban Anadır.

Gözlər qəlbin aynasıdır. Bu gözlər isə deyir ki, başqasının kədərini  duymağı, onun dərdinə şərik olmağı bacaran, zərif, incə qəlbli bir insan olan Mehriban Ana son dərəcə nəcib işlə məşğuldur. Mən Mehriban Ana ilə eyni dövrdə yaşamağıma görə fəxr edirəm. Vaxt gələcək, onu haqlı olaraq xalqın Anası Vicdanı adlandıracaqlar. Bu gün o, cəmiyyətin mənəvi təkamülünün rəmzi ruporudur, onun bütün fəaliyyəti yaxşılığa, şəfqətə, mənəvi-əxlaqi dəyərləri ucaltmağa çağırışdır. Onun həyatı fəaliyyəti yüksək mənəviyyata əsaslanan cəmiyyətin mümkünlüyünə inanmayanlara örnəkdir.

Mehriban Ananın çıxışlarında, məqalələrində bəşər cəmiyyətinin mahiyyətini bir ana kimi anlamağa əsaslanan cəmiyyət qurmaq hədəfi  aşkar görünür. Mehriban Ananın rəhbərlik etdiyi Fondun Gürcüstanda, Pakistanda məktəblər tikməsi, Paris Notr-Dam kilsəsini bərpa etməsi, Strasburqdakı kilsənin təmirində iştirakı digər beynəlxalq layihələri şəfqət hissini bəşəriyyəti birləşdirə biləcək ideyaya çevirmək arzusunun təcəssümüdür. Bu, bir daha sübut edir ki, biz azərbaycanlılar milli eqoizm hissindən uzağıq. Onun bütün beynəlxalq layihələri planetar Zəka və Vicdanın təntənəsidir.

Muğam sənətinin dirçəldilməsi ilə bağlı layihəni xüsusi vurğulamaq istərdim, çünki burada o, Azərbaycan incəsənətini təbliğ edən prinsipcə yeni, adi seyrçilik, məmnunluq çərçivəsindən kənara çıxan, ictimai məna kəsb edən anlamın təməlini qoya bilmişdir. İndi muğam beynəlxalq səviyyədə Azərbaycan xalqının mentaliteti, onun kökləri ilə assosiasiya edilir".

 

 

Azərbaycan.-2013.- 13 yanvar.- S.4.