Azərbaycan Prezidenti İlham Əliyev Norveçin xarici işlər
nazirinin başçılıq etdiyi nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də
Norveç Krallığının xarici işlər naziri
Espen Bart Eidenin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Xarici
işlər naziri Espen Bart Eide Norveç
Krallığının vəliəhdi Hookonun
salamlarını dövlət başçısına
çatdırdı. Nazir Norveçin "Statoil" şirkətinin
uzun müddət Bakıda fəaliyyət göstərməsini
əməkdaşlığımızın yaxşı nümunəsi
kimi dəyərləndirdi. İkitərəfli münasibətlərimizin
möhkəm bünövrəsi olduğunu deyən qonaq
ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin
daha da inkişaf etdirilməsi üçün böyük
imkanların mövcudluğunu vurğuladı.
Dövlət
başçısı Norveç Krallığının vəliəhdi
Hookon ilə
görüşünü məmnunluqla xatırladı.
Prezident İlham Əliyev ölkəmizin beynəlxalq neft
şirkətləri ilə əməkdaşlığının
ilkin mərhələsində
Norveçin "Statoil" şirkətinin ilk regional
nümayəndəliyinin Bakıda fəaliyyətə
başlamasının önəmini qeyd etdi. Prezident İlham Əliyev hazırda ölkələrimiz
arasında əlaqələrin daha da inkişafı ilə
bağlı məsələlər ətrafında işlərin
uğurla davam etdirildiyini vurğuladı.
Görüşdə
Azərbaycan Respublikası ilə Norveç
Krallığı arasında ikitərəfli münasibətlərin
müxtəlif istiqamətlərdə, o cümlədən
enerji sahəsində inkişafından məmnunluq ifadə
olundu, əməkdaşlığımızın gələcəkdə
daha da genişləndirilməsi üçün yaxşı
perspektivlərin olduğu qeyd edildi. Dövlət
başçısı Norveç Krallığının vəliəhdi
Hookonun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını vəliəhd Hookona
çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.-2013.- 15 yanvar.- S.1.