Pakistan İslam
Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə
Hörmətli
cənab Prezident!
Ölkənizdə
törədilmiş amansız terror aktları nəticəsində
çoxsaylı insan tələfatı xəbəri bizi
olduqca sarsıtdı. Biz bu qanlı əməllərdən
hiddətlənir, terrorizmin bütün təzahürlərini
qətiyyətlə pisləyirik.
Bu
hadisələr, eyni zamanda, terrorizmə qarşı mübarizədə
davamlı və birgə səylər göstərilməsi zərurətini
bir daha təsdiq edir.
Baş
vermiş faciə ilə əlaqədar dərdinizi
bölüşür, Sizə, həlak olanların ailələrinə
və yaxın adamlarına, bütün Pakistan xalqına
şəxsən öz adımdan və Azərbaycan xalqı
adından dərin hüznlə başsağlığı
verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah
rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 yanvar 2013-cü il
Azərbaycan.-2013.- 15 yanvar.- S.1.