Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva «Afrika üçün qabaqcıl inkişaf Fondu»nun
təsisçisi və prezidenti ilə
görüşmüşdür
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
yanvarın 14-də "Afrika üçün qabaqcıl
inkişaf Fondu"nun təsisçisi və prezidenti xanım
Kumba Ture ilə görüşmüşdür.
Qonağı ölkəmizdə salamlayan Mehriban xanım Əliyeva bu səfərin uğurlu olacağından əminliyini ifadə etmişdir. Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verən Azərbaycanın birinci xanımı bildirmişdir ki, fond Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil və mədəniyyət sahələri üzrə layihələri reallaşdırır. "Bu baxımdan fondlarımızın fəaliyyəti oxşardır", - deyən Mehriban xanım Əliyeva gələcəkdə uğurlu əməkdaşlığın qurulmasından məmnunluq duyulacağını diqqətə çatdırmış, Heydər Əliyev Fondunun müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində böyük təcrübəsi olduğunu vurğulamışdır.
Xanım
Kumba Ture dəvət üçün Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü
bildirmişdir. Qonaq fondun fəaliyyətindən xəbərdar
olduğunu demiş, həyata keçirilən layihələrin
uğurları münasibətilə Azərbaycanın birinci
xanımını təbrik etmişdir. Xanım Kumba Ture həm
Heydər Əliyev Fondunun, həm də rəhbərlik etdiyi
qurumun fəaliyyət istiqamətlərinin üst-üstə
düşdüyü üçün məmnunluq ifadə
etmiş, birgə əməkdaşlıqdan qürur
duyacaqlarını bildirmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 15 yanvar.- S.2.