Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa Azərbaycana rəsmi səfərə gəlmişdir
Sloveniya
Respublikasının Baş naziri Yanez Yanşa yanvarın 15-də
Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər
iki ölkənin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda Sloveniya hökuməti başçısının
şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Hava
limanında Sloveniya Respublikasının Baş naziri Yanez
Yanşanı Azərbaycan Respublikası Baş nazirinin birinci
müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər
qarşıladılar.
Sloveniyanın
və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Sonra
beynəlxalq aeroportun ali qonaqlar üçün salonunda Yanez
Yanşa və Yaqub Eyyubov arasında qısa protokol söhbəti
oldu.
AzərTAc
Azərbaycan.-2013.- 16 yanvar.- S.5.