Paskal MÖNYE: Fransa
tərəfi bundan sonra
da Azərbaycanın peyk sənayesinin inkişafına
öz töhfəsini verəcəkdir
Rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın
ölkəmizdəki səfiri Paskal Mönye ilə
görüşmüşdür.
Nazirliyin
mətbuat xidmətindən bildirmişlər ki,
görüşdə Azərbaycan və Fransa arasında
informasiya-kommunikasiya
texnologiyaları (İKT) sahəsində əməkdaşlıq
məsələləri müzakirə olunmuş, "Azərspace-1"
telekommunikasiya peykinin bu ilin fevralında orbitə
çıxarılacağı qeyd olunmuşdur. Bildirilmişdir
ki, peyk Cənubi Amerikada Fransa Qvianasında yerləşən
"Kuru" kosmodromundan bu ölkənin "Arianespace"
şirkətinin "Ariane-5" raket
daşıyıcısı ilə orbitə
çıxarılacaqdır.
Telekommunikasiya
peykinin Azərbaycanın gələcək inkişafında
mühüm rol oynayacağını vurğulayan Paskal
Mönye Fransa tərəfinin bundan sonra da Azərbaycanın
peyk sənayesinin inkişafına öz töhfəsini verəcəyini
bildirmişdir.
Səfir
fransız şirkətlərinin ötən il olduğu kimi,
bu il də "BakuTel-2013"
XVIII Beynəlxalq sərgisində milli pavilyonla təmsil
olunacağını bildirmişdir. Paskal Mönye Avropa
İttifaqı ilə Azərbaycan arasında münasibətlərin
yeni mərhələyə qədəm qoyması məqsədilə
iyun ayında Brüsseldə keçirilməsi nəzərdə
tutulan "Avropa-2020 - Azərbaycan-2020" adlı konfransda
Fransanın da fəal iştirak edəcəyini qeyd
etmişdir.
Əli
Abbasov fransız şirkətləri ilə əməkdaşlığın
hər iki ölkə üçün faydalı
olacağını bildirmişdir.
Azərbaycan.-2013.- 16 yanvar.- S.5.