R.Ş.Cəmşidovun Azərbaycan
Respublikasının Koreya Respublikasında
fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən
geri çağırılması
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Rövşən
Şamil oğlu Cəmşidov Azərbaycan
Respublikasının Koreya Respublikasında fövqəladə
və səlahiyyətli səfiri vəzifəsindən geri
çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 yanvar
2013-cü il
Azərbaycan.-
2013.- 17 yanvar.- S.1.