Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərar
¹ 6 Bakı
şəhəri, 15 yanvar
2013-cü il
Sosial
xidmət göstərilməsi ilə əlaqədar nəqliyyat
xərcləri üçün sosial işçiyə və
sosial xidmətçiyə verilən pul kompensasiyasının
məbləğinin müəyyən edilməsi barədə
"Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Sosial xidmət göstərilməsi ilə əlaqədar nəqliyyat xərcləri üçün sosial işçiyə və sosial xidmətçiyə 20 manat məbləğində aylıq pul kompensasiyası müəyyən edilsin.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsi ilə bağlı maliyyələşmə bu məqsədlə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
3. "Sosial xidmət göstərilməsi ilə əlaqədar sosial işçilərin xidməti vəzifəsini yerinə yetirərkən xüsusi geyim və avadanlıqla təmin olunmaq və ya bunları əldə etmək və nəqliyyat xərcləri üçün pul kompensasiyası almaq Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 6 fevral tarixli 17 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 2, maddə 132) ləğv edilsin.
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-
2013.- 17 yanvar.- S.3.