Sloveniya Respublikasının Baş naziri Yanez Yanşanın Azərbaycana rəsmi səfəri başa çatmışdır

 

Yanvarın 16-da Sloveniya Respublikasının Baş naziri Yanez Yanşanın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Sloveniya hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Sloveniya Respublikasının Baş naziri Yanez Yanşanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 17 yanvar.- S.2.