«Freedom House» ermənipərəstliyini və həm də riyakarlığını növbəti dəfə təsdiq etdi

 

Müstəqillliyinin 3-cü onilliyinə qədəm qoyan Azərbaycan qısa müddətdə nail olduğu inkişafın bütün parametrləri üzrə min illik dövlətçilik ənənələri olan ölkələrlə bir sıradadır. Azərbaycan BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq qurumlarda təmsil olunur. Dünyanın maraq göstərdiyi böyük miqyaslı ictimai, siyasi, mədəni tədbirlərə ev sahibliyi etməkdədir. Eyni zamanda, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və möhkəmləndirilməsi üçün ən qabaqcıl təcrübələr tətbiq edilir.

Ölkəmizdə qeyri-hökumət təşkilatlarının layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi vətəndaşların və ictimai qurumların fəallığının artmasına böyük təkan verir. Bu gün Azərbaycanda ictimai-siyasi həyatın elə bir sahəsi yoxdur ki, orada QHT-lərin fəaliyyəti və sərbəst mövqeyi görünməsin. 2700-dən çox QHT-nin qeydiyyata alınması bunu təsdiqləyir. Vətəndaş cəmiyyətinin mövcudluğunu şərtləndirən bütün seqmentlər normal və ahəngdar şəkildə fəaliyyət göstərir.

Azərbaycanda demokratikləşmə, insan hüquq və azadlıqlarının təsbit edilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm tərkib hissələrindən biri azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması, bu sahədə olan bütün maneələrin tamamilə aradan qaldırılmasıdır. Ölkə rəhbərliyi milli  mətbuatın mütərəqqi və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. İnternet tam azaddır, jurnalistlər sərbəst şəkildə məlumat əldə etmək və yaymaq imkanına malikdirlər.

Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə yanaşı, siyasi partiyaların da fəaliyyəti üçün hərtərəfli imkanlar yaradılmışdır. Bu günədək 55 siyasi partiya qeydiyyatdan keçib. Cəmiyyətin hər bir üzvünün hansısa birlik, ittifaq, dərnək yaratmaq, ictimai həyatda fəal iştirak etmək hüququ ölkə Konstitusiyası və qanunları ilə təsbit olunub.

Azərbaycanda vətəndaşların sosialiqtisadi hüquqları müasir dövrün çağırışlarına uyğun təmin olunur. Eyni zamanda bütün bu sahələrin müvafiq mexanizmləri də dinamik bir formada təkmilləşir və inkişaf edir. Hər bir sahə üzrə "bir pəncərə" sistemlərinin formalaşdırılması, "ASAN" xidmətinin yaradılması bunun əyani təsdiqidir.

Lakin bir məsələni də qeyd etməliyik ki, biz ölkəmizin yüksəlişindən, xalqımızın rifahının yüksəlməsindən nə qədər qürur duysaq da, müstəqilliyimizi gözü götürməyən, dövlətçiliyimizi istəməyən bəzi dairələr bu inkişafa qısqanclıqla yanaşır, Azərbaycana qarşı çirkin kampaniyalar aparırlar. "Freedom House", "Human Rights Watsh", "Amnistey İnternational" kimi subyektiv məqsədlərə xidmət göstərən təşkilatlar isə Azərbaycana qarşı aparılan qərəzli kampaniyaların fəal iştirakçıları qismində çıxış edirlər.

Əslində, bu təşkilatların hesabatları hər bir ölkədə vəziyyəti düzgün qiymətləndirilməli, demokratiyahüququn aliliyi prinsiplərinin qorunmasına xidmət etməlidir. Hesabatın əhatə etdiyi dövrdə insanların hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan addımların dərin təhlili aparılmalı və obyektiv yekun nəticə çıxarılmalıdır.

Lakin təəssüflə bildirməliyik ki, bu təşkilatlar qarşılarına başqa məqsəd qoyublarobyektiv gerçəkliyi əks etdirmək əvəzinə, qərəzli və yalan məlumatlar əsasında hər zaman Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd göstərirlər. Azərbaycanın adının demokratik işartıların belə görünmədiyi ölkələrlə bir sırada çəkilməsi, "azad olmayan" ölkə kimi göstərilməsi deyilənləri əyani şəkildə təsdiq edir.

"Freedom House" son hesabatında Azərbaycanı yenidən "azad olmayan" ölkələr siyahısına salıb. Hesabatda Azərbaycan, İranRusiya "azad olmayan" ölkələr sırasında yer alarkən Ermənistan "qismən azad" ölkə olaraq göstərilib. Ən qəribəsi odur ki, "Freedom House"un hesabatında  Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası" "qismən azad" olaraq qeyd olunub.

"Freedom House" təşkilatının ermənipərəst mövqeyi və antiazərbaycançı dairələrin sifarişini yerinə yetirdiyi hər kəsə məlumdur. Bu təşkilat sonuncu hesabatında Azərbaycanı "azad olmayan" ölkələr sırasına daxil etməklə növbəti dəfə bəzi Qərb dairələrinin ikili standartlar oyununa özünün sadiqliyini nümayiş etdirib. Azərbaycanın niyə "azad olmayan" ölkələr sırasına salınmasını, təbii ki, bu təşkilatın başbilənləri heç cür izah edə bilməzlər. Müəyyən dairələr tərəfindən region dövlətlərinə qarşı təcavüz aləti kimi istifadə olunan oyuncaq Ermənistanı "qismən azad" ölkələr sırasına qatmaqla isə əslində, "Freedom House" hansı məqsədlərə xidmət etdiyini aydın göstərib. Azərbaycanın inkişafını, sürətli yüksəlişini, demokratik dəyərlərə önəm verdiyini görməzliyə vurması, insanların qorxuxof içərisində, siyasimülki məhrumiyyətlər girdabında yaşadıqları Ermənistanı isə üstün tutması bu təşkilatın həm də ermənipərəst mövqeyinin növbəti təsdiqidir.

"Freedom House" insan hüquqlarından, ölkələrin azadlığından danışarkən, ilk növbədə, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməlidir. Ən azından bu ölkə Azərbaycanın beynəlxalq miqyasda bütün səviyyələrdə tanınmış ərazi bütövlüyünü pozub. Nəticədə yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrilib, işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarda maddi-mədəniyyət abidələri dağıdılıb. Bütün bunları görməzliyə vuran "Freedom House"un qondarma "Dağlıq Qarabağ Respublikasını" "qismən azad" ölkə kimi göstərməsi isə bu təşkilatın tək ermənipərəstliyinin yox, həm də riyakarlığının göstəricisidir.

"Freedom House" təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin artıq bir neçə ildir ki, "Freedom House" bu coğrafiyanı daraldaraq müsəlman ölkələrini əsas tənqid hədəfinə çevirib. Antiazərbaycançı şəbəkənin sifarişlərini yerinə yetirən bir neçə QHT-nin subyektiv məlumatları əsasında hazırladığı hesabatlarla isə "Freedom House" ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmaqbu cür şər-böhtan kampaniyaları ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq prosesinə yardım etmək vəzifəsini yerinə yetirir.

Hər şeyi qara göstərmək, narazılıq predmetinə çevirmək, Azərbaycanda demokratiyanın olmadığını uydurmaq başdan-ayağa qərəzli mövqenin olmasını sübut edir və dünya ictimaiyyətini çaşdırmaq niyyəti güdür. Lakin bu cür yalanlarla, iftiralarla Azərbaycana təsir etmək, təzyiq göstərmək və öz yolundan döndərmək mümkün deyil. Digər tərəfdən Azərbaycan cəmiyyəti belə qərəzli hesabatlar hazırlayan təşkilatları və onlara yalan məlumatlar göndərən "hüquq müdafiəçilərini" qəbul etmir. Ona görə bu cür hesabatların sifarişçilərinin və müəlliflərinin qarşıya qoyduqları məqsəd elə xülya olaraq da qalacaq.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 17 yanvar.- S.4.