Sərgidə müasir dünyada kişilər və qadınlar arasındakı qarşılıqlı münasibətin aktuallığını göstərən əsərlər nümayiş etdirilir

 

Sərgidə müasir dünyada kişilər və qadınlar arasındakı  qarşılıqlı münasibətin aktuallığını göstərən əsərlər nümayiş etdirilir. Burada dörd gənc rəssamın - Bakıda yaşayan əfqanıstanlı Reza Hazarenin, Azərbaycanda dünyaya gəlmiş Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarovanın əsərləri sərgilənir.

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində "YARAT!" Müasir İncəsənət məkanının rəhbəri Aida Mahmudova demişdir. Bildirmişdir ki, "YARAT"a məxsus olan bu kurator layihəsi ilk dəfə keçən ilin yayında Moskvada - "Mars" qalereyasında, Gənclərin III Beynəlxalq İncəsənət Biennalesi sərgisi çərçivəsində uğurla təqdim edilmişdir.

"YAY!" qalereyasında artıq üçüncü sərginin təşkil olunduğunu diqqətə çatdıran Aida Mahmudova əfqanıstanlı rəssamla azərbaycanlı xanımların aktual mövzuya yanaşma tərzi baxımından sərginin tamaşaçılarda maraq doğuracağına ümidini ifadə etmişdir.

 

 

Azərbaycan.-2013.- 17 yanvar.- S.7.