I Avropa
Oyunlarının 2015-ci ildə Bakı
şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin
yaradılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2012-ci
il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş
Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının
Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi
böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə
təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə
edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən
ölkəmizdə görülən bütün işlərə,
o cümlədən idman və bədən tərbiyəsi sahəsində
əldə edilən nailiyyətlərə verilən yüksək
qiymətdir.
İdmançılarımızın
Olimpiya Oyunlarında, dünya və Avropa
çempionatlarında inamlı qələbələri
respublikamızda idmana olan qayğının bariz nümunəsi
kimi Olimpiya hərəkatında yüksək dəyərləndirilərək
ölkəmizin idman şöhrətinin artmasına xidmət
etmişdir. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə
daim artan nüfuzu, iqtisadi qüdrəti, dinamik inkişafı,
genişmiqyaslı müasir infrastruktur layihələri,
mövcud ictimai-siyasi sabitlik və həyata keçirilən
islahatlara ümumxalq dəstəyi bu tarixi qərarın qəbul
edilməsində öz mühüm rolunu oynamışdır.
Hal-hazırda Bakı dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilmiş, bütövlükdə Azərbaycanda
müasir idman infrastrukturu yaradılmış və həmin
sahədə müvafiq proseslər davam etdirilməkdədir.
Bütün bunlar I Avropa Oyunlarının yüksək səviyyədə
keçirilməsinə böyük imkanlar açır.
Bu
oyunların Bakıda təşkili ölkəmizin bədən
tərbiyəsi və idman sahəsində həyata
keçirilən dövlət siyasətinin gücləndirilməsinə,
Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına,
dünya idman aləmində önəmli yer tutmasına şərait
yaradacaqdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, I Avropa Oyunlarının 2015-ci ildə
Bakı şəhərində layiqincə keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1.
2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I
Avropa Oyunlarının keçirilməsi üzrə
aşağıdakı tərkibdə Təşkilat Komitəsi
yaradılsın:
Təşkilat
Komitəsinin sədri
Mehriban
Əliyeva - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin
üzvü, UNESCO-nun xoşməramlı səfiri
Təşkilat
Komitəsinin üzvləri
Hacıbala Abutalıbov - Bakı
Şəhər İcra Hakimiyyətinin
başçısı, Azərbaycan Respublikası Milli Olimpiya
Komitəsinin üzvü
Azad
Rəhimov - Azərbaycan Respublikasının gənclər və
idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin
vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin
üzvü
Elmar
Məmmədyarov - Azərbaycan Respublikasının xarici
işlər naziri
Şahin
Mustafayev - Azərbaycan
Respublikasının iqtisadi
inkişaf naziri
Samir Şərifov - Azərbaycan
Respublikasının maliyyə
naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Ziya Məmmədov - Azərbaycan
Respublikasının nəqliyyat
naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Oqtay Şirəliyev - Azərbaycan
Respublikasının səhiyyə
naziri
Əbülfəs Qarayev - Azərbaycan
Respublikasının mədəniyyət
və turizm naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə
və informasiya texnologiyaları naziri
Əli Əsədov - Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyası rəhbərinin
müavini
Fatma Abdullazadə - Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının Humanitar
siyasət məsələləri
şöbəsinin müdiri,
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin üzvü
Elçin Quliyev
- Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidmətinin rəisi
Aydın
Əliyev
- Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsinin sədri
Cahangir Əsgərov - "Azərbaycan
Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti,
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin üzvü
Etibar Pirverdiyev - "Azərenerji"
Açıq Səhmdar
Cəmiyyətinin prezidenti
Baba Rzayev - "Bakıelektrikşəbəkə"
Açıq Səhmdar
Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə - Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin
üzvü
Anar Ələkbərov - Heydər
Əliyev Mərkəzinin
direktoru
Ağacan
Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Fərhad
Hacıyev - Azərbaycan
Respublikasının Prezidenti
yanında Gənclər
Fondunun icraçı
direktoru
Mikayıl Cabbarov - "İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
rəisi
İlham
Mədətov - XXIX və
XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri,
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin
katibi)
Namiq Abdullayev - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin
üzvü
Zemfira Meftaxetdinova -
Olimpiya çempionu,
Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Fərid
Mansurov - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Elnur Məmmədli - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Toğrul
Əsgərov - Olimpiya
çempionu
Şərif Şərifov - Olimpiya çempionu
2. Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə birlikdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat
Komitəsinə təqdim
etsin.
3. Təşkilat Komitəsi
I Avropa Oyunlarının
2015-ci ildə Bakı
şəhərində keçirilməsi
ilə bağlı zəruri məsələləri
həll etsin.
4. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 yanvar
2013-cü il
Azərbaycan.-2013.- 18 yanvar.- S.1.