Türkiyə Prezidenti Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Sazişin təsdiq olunması barədə Qanunu imzalamışdır

 

Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" Sazişin və ona əlavənin, habelə "Türkiyə Respublikası Hökuməti ilə "The Trans Anatolian Gas Pipeline Company B.V." arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" Sazişin təsdiq olunması barədə  qanunları imzalamışdır. Bundan başqa, Türkiyə Prezidenti Azərbaycan və Türkiyə hökumətləri arasında sərmayələrin qarşılıqlı qorunması və təşviqinə dair, ortaqlıq və əməkdaşlıq haqqında  və dövlət qulluğu personalının təkmilləşdirilməsi və dəstəklənməsi sahələrində əməkdaşlıq haqqında sazişlərin təsdiq olunmasına dair qanunları da imzalamışdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2013.- 18 yanvar.- S.1.