Elektron anketin
forması
"Uşaq hüquqlarının həyata
keçirilməsinə dair elektron məlumat
bankının təşkili və aparılması
Qaydası"na əlavə
1.
Uşağın adı (Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi).
2.
Uşağın soyadı (Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi).
3.
Uşağın atasının adı (Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi).
4.
Uşağın Fərdi identifikasiya nömrəsi (Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi).
5.
Uşağın doğum tarixi (Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi).
6.
Uşağın doğumunun qeydiyyata alındığı
yer (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi).
7.
Uşağın şəxsiyyət vəsiqəsinin və ya
doğum haqqında şəhadətnaməsinin seriya və
nömrəsi (Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi).
8.
Uşağın yaşadığı ünvan (Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi).
9.
Uşağın atasının vətəndaşlıq vəziyyəti
və doğum tarixi, ölüm tarixi (Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi).
10.
Uşağın anasının vətəndaşlıq vəziyyəti
və doğum tarixi, ölüm tarixi (Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi).
11.
Uşağın atasının yaşadığı
ünvan (Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi).
12.
Uşağın anasının yaşadığı
ünvan (Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi).
13.
Uşağın digər ailə üzvlərinin sayı -
qardaş və bacılarının adı, soyadı,
atasının adı (Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi).
14.
Uşağın qardaş və bacılarının
yaşadıqları ünvan (Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi).
15.
Uşağın valideynlərinin nikah vəziyyəti -
nikahın qeydə alındığı tarix və nikah
pozulmuşdursa, pozulma tarixi (Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi).
16.
Uşağın atasının məşğulluq vəziyyəti
- işsiz və ya məşğul olması, fəaliyyət
növü, əmək miqrantı olub-olmaması barədə
(Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti).
17.
Uşağın anasının məşğulluq vəziyyəti
- işsiz və ya məşğul olması, fəaliyyət
növü, əmək miqrantı olub-olmaması barədə
(Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti).
18.
Uşağın himayədə və ya qəyyumluqda
olması - himayəsində olduğu təşkilat və ya
şəxs barədə; uşaq valideynlərini itirmiş və
yaxud valideyn himayəsindən məhrum olmuşdursa, valideynlərini
itirdiyi və yaxud valideyn himayəsindən məhrum olduğu
tarix; övladlığa götürülməyə növbədədirsə,
bu barədə məlumatlar (Azərbaycan Respublikasının
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanı).
19.
Uşağın qeydiyyatda olduğu səhiyyə müəssisəsi
- ünvanı və sahə həkiminin adı (Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi).
20.
Uşağın sağlamlıq tarixçəsi - peyvəndlər,
keçirdiyi xəstəliklər, praktiki sağlamlıq və
sağlamlıq imkanları barədə məlumat (Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi).
21.
Uşağın müalicə aldığı səhiyyə
müəssisəsi - adı, ünvanı və telefon
nömrəsi, müəssisədə keçirilmiş
monitorinqin tarixi və nəticələri, nəzarətində
olduğu tibb işçisinin adı, soyadı və telefon
nömrəsi (Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi).
22.
Uşağın təhsil aldığı müəssisə
- adı, ünvanı və telefon nömrəsi, həmin
müəssisədə keçirilmiş monitorinqin tarixi və
nəticələri, hər 6 (altı) aydan bir
uşağın təhsilə davamiyyəti haqqında yenilənmiş
məlumat, əgər evdə təhsil alırsa, bu barədə
qeyd (Azərbaycan Respublikasının Təhsil Nazirliyi).
23.
Uşağın xüsusi təhsil nailiyyəti - fənnin
növü, olimpiadanın tarixi və yeri (Azərbaycan
Respublikasının Təhsil Nazirliyi).
24.
Uşağın xüsusi idman nailiyyəti - idmanın
növü, yarışmanın tarixi və yeri (Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi).
25.
Uşağın üzv olduğu idman dərnəyi - dərnəyin
ünvanı və uşağın üzv olduğu tarix (Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi).
26.
Uşağın asudə vaxtını təmin edən istirahət
düşərgəsi - düşərgənin adı, yeri,
uşağın istirahət düşərgəsinə gəldiyi
və getdiyi tarix (Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi, Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi).
27.
Uşağa təyin edilmiş əmək pensiyası və
yaxud sosial müavinətlər - növlər üzrə
ayrı-ayrılıqda (Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu).
28.
Uşağa ünvanlı sosial yardım təyin
edilmişdirsə, məbləği və verilmə müddəti
(Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi).
29.
Uşağa təyin edilmiş aliment və onun məbləği,
alimentin təyin edildiyi müddət, verilmə
ardıcıllığı barədə hər 6 (altı)
aydan bir yenilənmiş məlumat (Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi).
30.
Uşağa və onun valideynlərinə yönləndirilmiş
sosial xidmətlər - xidmətin göstərilmə səbəbi,
xidmətin növü, xidməti göstərən müəssisə
və onun ünvanı, xidməti göstərən müəssisədə
keçirilmiş monitorinqin tarixi və nəticələri,
xidmətin başlama və bitmə tarixləri (Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi və Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ).
31.
15 yaşından yuxarı uşağın məşğulluq
vəziyyəti - iş yeri, işə qəbul olunduğu və
ya məşğulluq orqanında işsiz olaraq qeydiyyata
alındığı tarix (Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi).
32.
Uşağın hüquqpozmaları - cinayət və yaxud
inzibati xəta üzrə məsuliyyət müəyyən
edən məcəllələrin müvafiq maddəsi, məhkəmə
qərarı, cəza çəkdiyi müəssisə, cəzanın
bitdiyi tarix, cəza çəkdiyi müəssisədə
keçirilmiş monitorinqin tarixi və nəticələri
(Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi).
33.
Uşaqla bağlı həyata keçirilmiş tərbiyəvi
tədbirlər - təlim-tərbiyə müəssisəsinin
adı və yerləşdiyi ünvan, uşağa tətbiq
edilmə tarixi, müəssisədə keçirilmiş
monitorinqin tarixi və nəticələri (Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi).
34.
Uşağa qarşı hüquqpozmalar - hüquqpozmanı
qeydə alan hüquq mühafizə orqanı,
hüquqpozmanın qeydəalınma tarixi, cinayət və
yaxud inzibati xəta üzrə məsuliyyət müəyyən
edən məcəllələrin müvafiq maddəsi, məhkəmə
qərarı, hüquq pozuntusunu törədənə
qarşı görülmüş tədbirlər (Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi və yerli icra
hakimiyyəti orqanı).
35.
Yetkinlik yaşına çatmayan qız dünyaya körpə
gətirmişdirsə - uşağın doğulduğu yer və
tarix, doğulmuş uşağın sağlamlıq vəziyyəti
(çəkisi, boyu, xəstəliyi) doğulmuş
uşağın atasının adı, soyadı, təvəllüdü
və yaşayış yeri (Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi).
36.
Uşaq ölmüşdürsə - onun
ölümünün qeydiyyatı (Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi).
37.
Uşağın hüquqları ilə bağlı qəbul
edilmiş ərizə, şikayət və müraciətlərin
səbəbləri, onların icraata götürülmə və
işə xitam verilmə tarixi (istifadəçilər).
Azərbaycan.-2013.- 18 yanvar.- S.2.