«Eurovision» mahnı
müsabiqəsinin rəmzi açarı İsveçin Malmö Şəhər
Şurasının başçısına təqdim
edilmişdir
Məlum
olduğu kimi, "Eurovision-2013" musiqi yarışmasına
İsveç ev sahibliyi edəcəkdir.
Azərbaycanın İsveçrə Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yanvarın 17-də musiqi yarışmasının rəmzi açarını Malmö şəhər meriyasının qədim binasında Şəhər Şurasının başçısı Kent Anderssona təqdim etmişdir.
Mərasimdə çıxış edən H.Abutalıbov "Eurovision-2013" musiqi müsabiqəsinin Malmö şəhərində keçirilməsi ilə əlaqədar isveçli həmkarına uğurlar arzulamışdır.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Rafael İbrahimov qeyd etmişdir ki, dünyada hər şey dəyişilir, lakin "Eurovision" musiqi müsabiqəsindəki dostluq, sağlam rəqabət və əməkdaşlıq ruhu əbədidir. "Eurovision" musiqi müsabiqəsinin Azərbaycanda çox populyar olduğunu vurğulayan səfir 2012-ci il yarışmasının Bakıda keçirilməsi ilə bağlı hazırlıq işlərinə göstərdiyi köməyə görə Avropa Yayım Birliyinin nümayəndələrinə təşəkkürünü bildirmişdir. Həmçinin səfir qeyd etmişdir ki, Bakı şəhərində ifa olunmuş "Eyforiya", yəni "həddindən çox şadlanmaq" mahnısı doğurdan da İsveçə qələbə gətirdi.
Mərasimdən sonra Malmö şəhərinin meriyası adından rəsmi nahar verilmişdir. Naharda, həmçinin musiqi proqramı çərçivəsində Bakı şəhərində keçirilmiş "Eurovision-2012" müsabiqəsinin qalibi olmuş "Eyforiya" mahnısı səsləndirilmişdir. Tədbirin sonunda canlı yayım ilə musiqi müsabiqəsinin yarımfinalı üzrə püşkatma mərasimi keçirilmişdir.
Tədbir İsveç Krallığının KİV-ləri tərəfindən işıqlandırılmışdır.
Həmin gün səfir R.İbrahimovun Malmö şəhərinin Şura Başçısı Kent Andersson ilə ikitərəfli görüşü olmuşdur.
Bundan
əlavə, yanvarın 16-da Malmö şəhərinin
Şura başçısı Kent Andersson tərəfindən
verilmiş şam yeməyində şəhərlərin idarə
edilməsi üzrə İsveç təcrübəsi barədə
ətraflı məlumat vermiş və fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2013.- 18 yanvar.- S.7.