Bakı şəhər inzibati
ərazi vahidi tərkibində Pirallahı
rayonunun
yaradılması haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə
uyğun olaraq qərara alır:
1.
Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi
bölgüsündə qismən dəyişikliklər edilərək
yeni Bakı şəhəri Pirallahı rayonu
yaradılsın və Azərbaycan
Respublikasının ərazi vahidlərinin Dövlət
reyestrinə daxil edilsin.
2.
Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi
bölgüsünə Bakı şəhəri Xəzər
rayonunun Pirallahı, Çilov və Neft Daşları qəsəbə
inzibati ərazi dairələri tərkibindəki Pirallahı,
Çilov və Neft Daşları qəsəbələri
daxil edilsin.
3.
Pirallahı, Çilov və Neft Daşları qəsəbə
inzibati ərazi dairələri Bakı şəhəri Xəzər
rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri
Pirallahı rayonunun tabeliyinə verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 21 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 19 yanvar.- S.1.