«Sosial
müavinətlər haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər tutaraq "Sosial müavinətlər
haqqında" Azərbaycan Respublikasının Qanununu
"Sosial sığorta haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2011-ci il 30
sentyabr tarixli 208-IVQD nömrəli qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Sosial
müavinətlər haqqında" Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 76; 2007, ¹ 10, maddə
933; 2008, ¹ 6, maddələr 464, 475) aşağıdakı
dəyişikliklər edilsin:
1.
4.0.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 4.0.1.11-ci maddə əlavə
edilsin:
"4.0.1.11.
"Məşğulluq haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, işsizlik müavinəti.".
2.
6.2-ci maddədə "və" sözü ","
işarəsi ilə əvəz edilsin, "müavinətlər"
sözündən sonra "və işsizlik müavinəti"
sözləri əlavə edilsin.
3.
Aşağıdakı məzmunda 7.0.10-1-ci maddə əlavə
edilsin:
"7.0.10-1.
işsizlik müavinəti - şəxs "Məşğulluq
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada işsiz statusu
aldıqda;".
4.
7.0.13-cü maddədə "4.0.1.5-ci" sözlərindən
sonra "və 4.0.1.11-ci" sözləri əlavə
edilsin.
5.
8-ci maddədə:
5.1.
maddənin mətnində "Müavinətlərin"
sözündən sonra "(işsizlik müavinəti istisna
olmaqla)" sözləri əlavə edilsin;
5.2.
maddəyə aşağıdakı məzmunda ikinci cümlə
əlavə edilsin:
"İşsizlik
müavinətinin məbləği "Məşğulluq
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq müəyyən edilir.".
6.
9.1-ci maddədə "aylıq müavinətlər"
sözlərindən sonra "(işsizlik müavinəti
istisna olmaqla)" sözləri əlavə edilsin.
7.
Aşağıdakı məzmunda 9.4-cü maddə əlavə
edilsin:
"9.4.
İşsizlik müavinətinin ödənilməsi müddəti
"Məşğulluq haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilir.".
8.
10.1-ci maddədə:
8.1. "Müavinətlər"
sözündən sonra "(işsizlik müavinəti istisna
olmaqla)" sözləri əlavə edilsin;
8.2.
maddəyə aşağıdakı məzmunda ikinci cümlə
əlavə edilsin:
"İşsizlik
müavinətinin təyin edilməsi və ödənilməsi
qaydası "Məşğulluq haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.".
9.
11.1-ci maddədə "Müavinətlərin"
sözündən sonra "(işsizlik müavinəti istisna
olmaqla)" sözləri əlavə edilsin.
10.
Aşağıdakı məzmunda 11.3-cü maddə əlavə
edilsin:
"11.3.
İşsizlik müavinətinin ödənilməsinin
dayandırılması və ya ona xitam verilməsi halları
"Məşğulluq haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilir.".
11.
12.1-ci maddədə "müavinətlərin"
sözündən sonra "(işsizlik müavinəti istisna
olmaqla)" sözləri əlavə edilsin.
12.
12.2-ci maddənin birinci cümləsində "Müavinətlərin"
sözündən sonra "(işsizlik müavinəti istisna
olmaqla)" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 dekabr
2012-ci il
Azərbaycan.-2013.- 19 yanvar.- S.1.