«Azərbaycan Respublikası hökuməti
və Türkiyə Respublikası hökuməti arasında Trans-Anadolu təbii qaz
boru kəməri sisteminə dair»
Sazişin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası hökuməti və Türkiyə
Respublikası hökuməti arasında Trans-Anadolu təbii qaz
boru kəməri sisteminə dair" 2012-ci il iyunun 26-da İstanbul
şəhərində imzalanmış Saziş təsdiq
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 noyabr
2012-ci il
Azərbaycan.-2013.- 19 yanvar.- S.1.