Heydər Əliyevin Azərbaycan
xalqına, Azərbaycan KP MK, RespublikanınAli
Soveti və Nazirlər Sovetinə teleqramı
Azərbaycan xalqına!
Bakı
şəhərinə sovet ordusu hissələrinin yeridilməsi
ilə əlaqədar xalqımızın başına gəlmiş
faciədən - dinc əhalinin qırılmasından
böyük ürək ağrısı ilə xəbər
tutdum. Bu matəm günündə həlak olanların ailələrinə
və yaxınlarına, bütün Azərbaycan xalqına dərin
hüznlə başsağlığı verirəm.
Mən
bu düşünülmüş aksiyanı pisləyir, onu
antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır
gündə sizi ağıllı-kamallı olmağa, həmrəyliyə
və birliyə çağırıram.
Mənim
teleqramımın respublika mətbuatında dərc
olunmasını, radio, televiziya ilə verilməsini, matəm
mitinqində oxunmasını xahiş edirəm.
Heydər ƏLİYEV,
21 yanvar
1990-cı il,
Moskva
Azərbaycan.-2013.- 19 yanvar.- S.2.