20 yanvar faciəsinin
23-cü ildönümünə həsr olunmuş anma mərasimi
keçirilmişdir
Vergilər
Nazirliyində 20 yanvar faciəsinin 23-cü ildönümünə
həsr olunmuş anma mərasimi keçirilmişdir. Şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə
çıxış edən Bakı Dövlət
Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov
bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər
barədə ətraflı məlumat verərək
bildirmişdir ki, 1990-cı il yanvarın 20-də
keçmiş sovet dövlətinin silahlı qüvvələrinin
Azərbaycan xalqına qarşı həyata keçirdiyi
qanlı aksiya insanlığa qarşı törədilmiş
ən ağır cinayətlərdən biri kimi yadda
qalmışdır. Həmin günlərdə Azərbaycan
xalqının azadlığını, şərəf və
ləyaqətini hər şeydən uca tutan vətən
övladları canlarından keçərək şəhidlik
zirvəsinə ucalmışlar. Ona görə də 20 Yanvar
Azərbaycanın azadlığı və ərazi
bütövlüyü uğrunda mübarizə tarixinə həm
də bir qəhrəmanlıq səhifəsi kimi daxil
olmuşdur.
Qanlı
Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət
yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra
verilmiş, faciənin günahkarlarının adları
açıqlanmışdır. Ulu öndər 20 Yanvar şəhidlərinin
xatirəsini daim əziz tutmuş, Şəhidlər
xiyabanında onların adlarını əbədiləşdirən
möhtəşəm bir abidə ucaldılmışdır.
Tədbirdə
xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqı
20 Yanvar qurbanlarının xatirəsini bu gün də əziz
tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
şəhid ailələrinin sosial problemlərinin həlli ilə
bağlı mütəmadi olaraq konkret tədbirlər həyata
keçirir, onlara lazımi diqqət və qayğı
göstərir.
Tədbirdə
Akademik Milli Dram Teatrının aktyorlarının
iştirakı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə
həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş
etdirilmişdir.
Azərbaycan.-2013.- 19 yanvar.- S.5.